Azərbaycan Hərb Tarixi Muzeyində şəhid pilot Rəşad Atakişiyevin xatirəsi anılıb - FOTOLAR

2021/07/w_161-9762204384.jpg
Oxunub: 2538     13:53     23 İyul 2021    
İyulun 23-də Azərbaycan Hərb Tarixi Muzeyində şəhid pilot Rəşad Atakişiyevin anım mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı Könül Atakişiyeva, hərbçi yoldaşları, media təmsilçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə mərasimdə çıxış edərək şəhid pilot Rəşad Atakişiyevin həyatı və uğurlu hərbi karyerası barədə məlumat verib. Bildirilib ki, R.Atakişiyev 1985-ci il yanvarın 7-də Samux rayonunun Alabaşlı qəsəbəsində anadan olub. Şəmkir rayonundakı şəhid Şöhrət Hüseynovun adını daşıyan Qılıncbəyli kənd orta məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olan R.Atakişiyev 2006-cı ildə həmin məktəbi bitirib. Seçdiyi peşəni daha dərindən öyrənməyə səy göstərən pilot “polkovnik-leytenant” hərbi rütbəsinə qədər yüksəlib. R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddətdə peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb. Onun xidmətləri həmişə yüksək qiymətləndirilib. Hərbi hissənin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə bir neçə medal ilə təltif olunub.

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində, eləcə də ötənilki möhtəşəm hərbi paradlarda onun nümunəvi uçuşları yüksək qiymətləndirilib.

Mərasim iştirakçıları şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xatirəsinə həsr edilmiş sənədli filmə və slayda baxdıqdan sonra Muzeydə açılmış sərgi ilə tanış olublar.

Şəhidin hərbçi yoldaşları tədbirdə çıxış edərək Rəşad kimi vətənpərvər zabitlə birlikdə xidmət etməkdən qürur duyduqlarını və Ordumuzda onun kimi hərbi qulluqçuların yetərincə olduğunu vurğulayıb, şəhid zabitin xatirəsinin daim yaşayacağını bildiriblər.

Digər çıxış edənlər də daim Vətən torpaqlarının işğaldan azad olunması arzusu ilə yaşayan Rəşadın bu müqəddəs arzusunun artıq reallaşdığını, onun hərbi formasını qürurla daşıdığı rəşadətli Azərbaycan Ordusunun düşməni cəmi 44 gündə darmadağın edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək bununla da bütün şəhidlərimizin qisasını aldığını vurğulayıblar.

Mərasim bədii hissə ilə davam edib. Sonda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Fidan Hacıyeva “Yolun düşsə birdə gəl” mahnısını oxuyub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Pilot   Rəşad-Atakişiyev  

Azərbaycan Hərb Tarixi Muzeyində şəhid pilot Rəşad Atakişiyevin xatirəsi anılıb - FOTOLAR

2021/07/w_161-9762204384.jpg
Oxunub: 2539     13:53     23 İyul 2021    

Bizi "telegram"da izləyin