Varhelyi: “Aİ Qarabağ münaqişəsindən sonra regionda dayanıqlı sülhün əldə olunmasına dəstək verəcək”

2021/07/42737-1625749662.jpg
Oxunub: 1572     17:03     08 İyul 2021    
“Azərbaycan rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsindən sonrakı vəziyyəti müzakirə etdim. Aİ olaraq münaqişədən sonra necə dəstək verəcəyimiz barədə danışdıq”.

Ordu.az-ın məlumatına görə, bunu Azərbaycana səfərini başa vuran Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi deyib.

Komissar bildirib ki, Aİ münaqişədən sonra regionda daha uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasına dəstək verəcək: “Artıq tərəflər saxlanılanların azad olunması və mina xəritələrini təqdim etməklə bu istiqamətdə addım atıb. Aİ olaraq bu mübadiləni alqışlayırıq. Gürcüstanın bu prosesdə rolu təqdirəlayiqdir, Gürcüstan Baş nazirini buna görə təbrik edirəm, o, tərəfləri bu addımı atmağa inandırıb. Biz Aİ olaraq dayanıqlı sülhün əldə olunması üçün istənilən dəstəyi göstərməyə hazırıq. Tərəflər regionun bərpası, yaraların sağalması üçün Aİ-nin dəstəyini istəyəcəyi təqdirdə, Aİ həmişə burdadır, hər iki tərəf üçün əlçatandır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Qarabağ  


Varhelyi: “Aİ Qarabağ münaqişəsindən sonra regionda dayanıqlı sülhün əldə olunmasına dəstək verəcək”

2021/07/42737-1625749662.jpg
Oxunub: 1573     17:03     08 İyul 2021    
“Azərbaycan rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsindən sonrakı vəziyyəti müzakirə etdim. Aİ olaraq münaqişədən sonra necə dəstək verəcəyimiz barədə danışdıq”.

Ordu.az-ın məlumatına görə, bunu Azərbaycana səfərini başa vuran Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi deyib.

Komissar bildirib ki, Aİ münaqişədən sonra regionda daha uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasına dəstək verəcək: “Artıq tərəflər saxlanılanların azad olunması və mina xəritələrini təqdim etməklə bu istiqamətdə addım atıb. Aİ olaraq bu mübadiləni alqışlayırıq. Gürcüstanın bu prosesdə rolu təqdirəlayiqdir, Gürcüstan Baş nazirini buna görə təbrik edirəm, o, tərəfləri bu addımı atmağa inandırıb. Biz Aİ olaraq dayanıqlı sülhün əldə olunması üçün istənilən dəstəyi göstərməyə hazırıq. Tərəflər regionun bərpası, yaraların sağalması üçün Aİ-nin dəstəyini istəyəcəyi təqdirdə, Aİ həmişə burdadır, hər iki tərəf üçün əlçatandır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Qarabağ  


Bizi "telegram"da izləyin