Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, 2021-ci il mayın 3-də İrəvan şəhərinin Halabyan küçəsinin binalarından birində baş vermiş intihar hadisəsi ilə bağlı hazırlanmış materiallarla məlum olub ki, 1975-ci ildə doğulmuş, eyvandan tullanaraq intihar etmiş şəxs könüllü əsaslarla “Acappnyak” dəstəsinin tərkibində snayper kimi 44 günlük müharibədə iştirak edib, Hadrutda olub, onurğa və ayaq nahiyələrindən bədən xəsarətləri alıb.
Bildirilib ki, sonuncu, döyüş sahəsində çoxlu sayda meyitlər görüb, yoldaşlarını itirib, müharibədən qayıtdıqdan sonra depressiya vəziyyətində olub, daim alkoqoldan istifadə edib, 2021-ci ilin mart və aprel aylarında intihar etməyə cəhdlər edib.
Alpər Mövludoğlu
Ordu.az