Erməni ekspert: “Türkiyə və Rusiyanın Qarabağla bağlı maraqları üst-üstə düşmür”

2021/07/24_07-1625220162.jpg
Oxunub: 7586     15:01     02 İyul 2021    
“Ümumiyyətlə, danışıqlardan sonra səslənmiş bəyanatlar və bildirişlər danışıq prosesini ifadə etmir, bunlar əsas diplomatik dildə baş tutur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun akademiki, erməni ekspert Ruben Safrastyan deyib.

“Türkiyə və Rusiyanın Qarabağla bağlı maraqlarına gəldikdə, bunlar üst-üstə düşmür. Aydındır ki, Türkiyə Azərbaycanın yanaşmasını müdafiə edir. Bu isə rus maraqlarına uyğun gəlmir”, - deyə Safrastyan qeyd edib.

Onun sözlərinə görə, Qarabağ müharibəsindən sonra demək olar ki, Türkiyə və Azərbaycanın inteqrasiyası daha da dərinləşib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   Qarabağ  


Bizi "telegram"da izləyin