ABŞ Ordusu PUA-lara qarşı yeni mikrodalğalı silah sistemi istehsal edəcək

2021/02/55566-1614422138.jpg
Oxunub: 12190     16:21     27 Fevral 2021    
ABŞ Ordusu hərbi bazaları Pilotsuz Uçuş Aparatları (PUA) təhdidindən qorumaq üçün yeni mikrodalğalı silah sistemi üzərində işləyir.

Ordu.az xəbər verir ki, bu barədə məşhur “Albuquerque” nəşri ABŞ ordusundakı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, THOR adlanan sistem ABŞ Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyası tərəfindən hazırlanır.

Sistem üzərində işlərin artıq başladığı bildirilir. ABŞ ordusu 2024-cü ilədək sistemin sahə sınaqlarını həyata keçirmək niyyətindədir.

Qeyd edək ki, ABŞ ordusu artıq bir neçə ildir, PUA-lara və digər kiçik hava təhdidlərinə qarşı lazer və mikrodalğalı silahlara investisiya yatırır.

Layihənin icrasına ötən ildən başlanılıb, “Verus Research”, “BAE Systems” və “Leidos” şirkətləri ilə əməkdaşlıq edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA  


ABŞ Ordusu PUA-lara qarşı yeni mikrodalğalı silah sistemi istehsal edəcək

2021/02/55566-1614422138.jpg
Oxunub: 12191     16:21     27 Fevral 2021    
ABŞ Ordusu hərbi bazaları Pilotsuz Uçuş Aparatları (PUA) təhdidindən qorumaq üçün yeni mikrodalğalı silah sistemi üzərində işləyir.

Ordu.az xəbər verir ki, bu barədə məşhur “Albuquerque” nəşri ABŞ ordusundakı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, THOR adlanan sistem ABŞ Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyası tərəfindən hazırlanır.

Sistem üzərində işlərin artıq başladığı bildirilir. ABŞ ordusu 2024-cü ilədək sistemin sahə sınaqlarını həyata keçirmək niyyətindədir.

Qeyd edək ki, ABŞ ordusu artıq bir neçə ildir, PUA-lara və digər kiçik hava təhdidlərinə qarşı lazer və mikrodalğalı silahlara investisiya yatırır.

Layihənin icrasına ötən ildən başlanılıb, “Verus Research”, “BAE Systems” və “Leidos” şirkətləri ilə əməkdaşlıq edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA  


Bizi "telegram"da izləyin