Ordu.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Almaniya Baş naziri Angela Merkel ilə birgə brifinqdə deyib.
O qeyd edib ki, Şərq Aralıq dənizindəki vəziyyət onları narahat edir.
“Mən konstruktiv irəliləyiş yolu tapmaq üçün göstərilən səyləri alqışlayıram. Yunanıstan və Türkiyə ilə daim təmasdayam. Mesajım budur ki, vəziyyət müttəfiq həmrəylik ruhunda həll olunmalıdır”, - deyə Alyansın rəsmisi bildirib.
Açıqlamada qeyd olunub ki, nazirlər Belarusdakı vəziyyəti və Əfqanıstandakı prosesləri də müzakirə edəcək.
Sevinc Əliyeva
Ordu.az