Erməni əsgər müalicəyə göndərilmir

2018/06/34_1528612352.jpeg
Oxunub: 101670     11:27     25 Avqust 2020    
İşğal edilmiş yaşayış məntəqələrimizdən birində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən əsgər oynaqlarında problem olmasına və çətinliklə yeriməsinə baxmayaraq müalicəyə göndərilmir.

Ordu.az xəbər verir ki, hərbi qulluquçu Hrant Minasyanın oynaqlarında kəskin ağrılar olduğundan yeriməkdə çətinlik çəkir.

Hərbi hissənin həkimi bildirib ki, oynaqlarındakı patologiya səbəbindən H.Minasyan hərəkət etdikcə onun “sümükləri yeyilir” ki, bu da onun ayaqlarında funksional pozuntuya səbəb olur.

Ermənistan ordusunun hərbi qulluqçusu H.Minasyanın təcili əməliyyat olunması tələb olunmasına baxmayaraq hərbi hissə komandanlığı onun müalicəyə göndərilməsini gecikdirir.

Xəbəri verənin iddiasına görə Minasyanın valideynlərindən rüşvət tələb olunub, onların isə ödəməyə gücləri çatmadığından əsgərin hospitala göndərilməsi bilərəkdən gecikdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Xəstəlik  


Bizi "telegram"da izləyin