Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, İsrailin “Sharp Shooter” şirkəti tərəfindən istehsal olunan cihaz istənilən tüfəngə yerləşdirilə bilər.
800 funtsterlinq qiyməti olan “SMASH” qurğusu hədəfləri avtomatik tapır və ətraflarını qırmızı ilə işarələyir. Bu, silahı tutan şəxsə daha yüksək dəqiqliklə atəş açmağa imkan verir.
“Ağıllı” cihaz məsafəni, bucağı, hədəfin istiqaməti və sürətini, güllə atmazdan əvvəl küləyin istiqaməti də daxil olmaqla bir neçə amili hesablaya bilir.
Sevinc Əliyeva
Ordu.az