İstiqamətləndirilən enerji silahları: Tərəqqi və onun nəticələri

2020/04/11111-1587194007.jpg
Oxunub: 1548     14:08     18 Aprel 2020    
Hazırda elmi fantastik nəzəriyyəçilər sayəsində meydana gələn bir neçə sinifə aid istiqamətləndirilən enerji silahları məlumdur. Bu cür sistemlər yerdəki, havadakı və kosmosdakı müxtəlif hədəfləri məhv etmək üçün istifadə edilə bilər. Lakin nəzəri cəhətdən yaradılması mümkün olan bu cür silahların heç də hamısını praktikada hazırlamaq və qoşunlarda tətbiq etmək mümkün deyil. Elm və sənayenin istiqamətlənən enerji sistemləri sahəsində uğurlarını nəzərdən keçirək.

Silah nəzəriyyəsi

Klassik təyinatına görə, istiqamətlənən enerji silahlarına (İES) və ya "Directed-energy weapon" (DEW) sinifinə, bu və ya digər enerji növünün birbaşa ötürülməsi səbəbindən hədəfi məhv edən sistemlər aid edilir, burada keçiricilər və kinetik məhvetmə elementlərindən istifadə nəzərdə tutulmur.

İES elektromaqnit, şüa, akustik və s. kimi bir neçə əsas sinfə bölünür. Sürətləndiricilərə əsaslanan kinetik sistemlərin bəzi növlərini də ona aid etmək olar. Elmi fantastika nəzəriyyəsi səviyyəsində, sözdə psixotron adlanan silah da "mövcuddur". Bu silahlar uzaq məsafədən canlı qüvvənin sinir sisteminə və psixoloji vəziyyətinə təsir göstərmək üçün nəzərdə tutulur.

A-60 eksperimental təyyarəsində lazer

Qeyd etmək lazımdır ki, demək olar ki, bütün bu sahələrdə müəyyən tədqiqatlar aparılıb. Sistemlərin yalnız müəyyən sinifləri sınaq və ya istismar səviyyəsinə gəlib çatıb, lakin onlar eyni zamanda böyük maraq da doğurur.

Lazerin uğuru

Hazırda ən uğurlu istiqamət, elektromaqnitlə istiqamətlənən enerji silahı sayıla bilər. Hədəfə müxtəlif yollarla təsir edə bilən elektromaqnit şüalanmasının müxtəlif generatorları inkişaf etdirilib, sınaqdan keçirilib və istismar edilir. Döyüş lazerləri sahəsindəki bu uğurlar, optik və ya digər diapazonda elektromaqnit şüalanma generatorlarının aktiv tətbiqinin nəticəsi hesab edilir.

Bu günə qədər aparıcı ölkələr müxtəlif məqsədlər üçün çox sayda döyüş lazeri hazırlayıb sınaqdan keçirməyi bacarıblar. Bu cür sistemlər "əl silahları", tam ölçülü quru zirehli maşınlar, aviasiya sistemləri, kosmik aparatlar və s. formasında hazırlanıb. Bunlar insan gözü və optik alətlərdən tutmuş ballistik raketlərə və döyüş başlıqlarına qədər geniş çeşiddə hədəfləri məhv etmək üçün istifadə edilə bilər.

Bəzi lazer sistemləri artıq silahlanmaya da qəbul edilib. Beləliklə Rusiya ordusunda "Peresvet" optik bastırma sistemləri yerləşdirilir, ABŞ-da isə lazer əsasında hazırlanan SHORAD yaxınmənzilli HHM sistemini qəbul etməyə hazırlaşırlar. Məlumdur ki, Çində döyüş lazerləri bəzi tanklar üçün artıq standart avadanlıq halına gəlib, onlardan optik vasitələri basdıran vasitə kimi istifadə olunur.

"Stryker-A1 M-SHORAD" özüyeriyən hava hücumundan müdafiə sistemi

Göründüyü kimi, lazer silahlarının inkişafı yeni diqqətəlayiq nəticələrlə davam edəcək. O cümlədən yeni HHM və RƏM, o cümlədən hava versiyalı sistemlərə böyük ümidlər bəslənir. Fransanın DCNS şirkəti onilliyin ortalarına qədər lazerli "artilleriya"ya malik döyüş gəmisi yaratmaq niyyətindədir. Bütün bu planların yerinə yetirilməsinin mümkünlüyü və bunun nə qədər tez baş verəcəyi isə böyük bir sualdır.

Elektromaqnit nailiyyətləri

Digər diapazonlarda şüalanmadan istifadə edən lazerin birbaşa analoqu mikrodalğalı toplar hesab edilir. Bir müddət əvvəl "Raytheon" şirkəti kiçik hava hədəflərini məhv etmək üçün PHASER mobil kompleksini istifadəyə verdi. Mikrodalğalı şülanma istiqamətləndirilərək obyektin elektronikasına ziyan vurmalı və onu sıradan çıxarmalıdır.

İstiqamətənən elektromaqnit şüalanmasına əsaslanan silahların digər variantlarının tədqiqi davam edir. Bəzi uğurlar olsa da, onların silahlanmaya qəbuluna hələ çox var.

"Raytheon" PHASER mikrodalğalı topu

Müəyyən mənada İES-lərin elektromaqnit sinfini radioelektron mübarizə sistemləri kimi də təsnifatlandırmaq olar. Onlar zəruri konfiqurasiyada radiosiqnallardan istifadə edərək rabitə və müşahidə vasitələrinin fəaliyyətini dayandırırlar. Elektron mübarizə sistemlərinin bəzi nümunələri hədəfə istiqamətlənən şüadan istifadə edir. Prinsipcə REM vasitələri elektromaqnit silahlar sahəsində ən uğurlu istiqamət sayıla bilər. Bu sahədə fəaliyyətlərini və imkanlarını dəfələrlə nümayiş etdirən çox sayda cihaz mövcuddur.

Ümidverici bir istiqamət isə, qısa müddətli güclü impulsdan istifadə edərək elektronikaya və rabitə vasitələrinə təsir edən elektromaqnit sursatları sayılır. Bəzi məlumatlara görə, Rusiyada və xaricdə bu mövzuda çalışırlar, hətta bəzi müsbət nəticələr də əldə edilib. Lakin elektromaqnit döyüş sursatının silahlanmaya qəbulu barədə məlumatlar mövcud deyil.

Şüa axınının perspektivi

Nəzəriyyədə şüa axını sistemləri böyük gələcəyə malik ola bilər. Burada zərər verən əsas amil olaraq yüklü və ya neytral hissəciklərinin istiqamətlənən axınından istifadə edilir. Belə İES düşmənin texnikası, canlı qüvvəsi və s. ilə mübarizə aparmaq üçün istifadə edilə bilər. Onun quru qoşunlarında, aviasiyada və kosmosda tətbiqi mümkündür.

"Casaba Howitzer" məhsulunun mümkün görünüşü

Yetmişinci illərdə ABŞ eyni vaxtda müxtəlif növ şüa komplekslərinin inkişafını həyata keçirib. Ordu yeni bir hava hücumundan müdafiə sistemi tələb edir. Hazırda Hərbi Hava Qüvvələri Strateji Müdafiə Təşəbbüsü proqramı üçün hazırlanan kosmik bazalı raketdən müdafiə sisteminin inkişafına nəzarət edir. Bir neçə eksperimental stasionar hissəcik sürətləndiricisi də hazırlanıb. 1989-cu ildə bu texnologiyanı nümayiş etdirən peyk orbitə buraxılıb, bunun köməyi ilə şüa silahlarının kosmosa yerləşdirilməsi imkanları araşdırılıb.

Lakin tezliklə bu mövzu ilə bağlı işlər dayandırıldı. Buna hərbi-siyasi risklərin azalması, konsepsiyanın həddən artıq mürəkkəbliyi və digər amillər səbəb oldu. Məlum olduğu qədər digər ölkələr də şüa silahları mövzusunu araşdırdılar, lakin onu sınaq mərhələsinə çatdıra bilmədilər.

İstiqamətləndirilən atom

Eyni anda bir neçə müxtəlif zərərverici amillərə malik olan İES-in maraqlı bir versiyası istiqamətlənən nüvə silahı hesab edilə bilər. Bu ideya partlayış enerjisinin çox hissəsini müəyyən bir istiqamətə yönəldən xüsusi atoma malik döyüş başlığının yaradılmasını nəzərdə tutur. Bu cür silahların "normal" nüvə yüklü silahlar üzərindəki aşkar üstünlükləri göz qabağındadır.

"Excalibur" nüvə lazeri

Bu növün ən məşhur inkişafı, gizliliyə baxmayaraq, əllinci illərdən başlayan ABŞ-ın "Casaba Howitzer" layihəsidir. Layihənin məqsədi istiqamətlənən elektromaqnit şüalanması və plazma axını ilə hədəfi məhv edə bilən nüvə yükü yaratmaqdan ibarət idi. Bəzi mühəndis həllərinin inkişafı haqqında məlumatlar mövcud olsa da, layihə sınaqlara çatdırıla bilmədi. Bu uğursuz layihə ilə bağlı materiallar hələ də dərc olunmur. Yəqin ki, bu inkişaflar gələcəkdə tətbiqini tapacaq.

Daha sonra "Kasaba" inkişaflarının "Excalibur" layihəsində istifadə edilməsi təklif edildi. Layihə orbital nüvə yüklü rentgen lazerinin hazırlanmasından ibarət idi. Belə bir məhsul birdəfəlik istifadə üçün nəzərdə tutulsa da, müxtəlif hədəfləri məhv etmək üçün kifayət qədər yüksək xüsusiyyətləri inkişaf etdirə bilərdi. Lakin bu dəfə də layihə kağız üzərində qaldı.

Səs silah kimi

Bəzi hədəfləri yüksək gücə malik səs dalğalarının istiqamətləndirilməsindən istifadə etməklə məhv etmək və sıradan çıxarmaq mümkündür. Bu tip silahlar on illərdir ki, hazırlanır və bəzi nümunələr artıq silahlanmaya da daxil edilib. Mövcud səs İES-ləri öldürücü olmayan bir vasitədir və düzgün istifadə edildiyi təqdirdə hədəfə ciddi zərər verməməlidir.

2004-cü ildən bəri ABŞ-ın və digər ölkələrin müxtəlif güc strukturları avtomobillərdən gəmilərə qədər istənilən platformada quraşdırmaq üçün nəzərdə tutulan "Long Range Acoustic Device" (LRAD) səs sistemindən istifadə edir. Dar bir sektorda yüksək tezlikli bir səs çıxaran sistem, insanı bu zonadan yayınmağa və ya gizlənməyə məcbur edir. LRAD müxtəlif ölkələrdə iğtişaşların qarşısını almaq üçün, dəniz piratları ilə mübarizədə və s. dəfələrlə istifadə edilib.

Hərbi maşınında LRAD akustik stansiyası. Bu vəziyyətdə, dinamik kimi istifadə olunur

Bir neçə il əvvəl Rusiya Daxili İşlər Nazirliyi "Şepot" akustik cihazları sifariş verdi. Bu sistem daşınan formada hazırlanıb, yüksək akustik təzyiqə malik infrasəs titrəyişlərdən istifadə edilir və hədəfə mənfi təsir göstərir, lakin ona ciddi xəsarət yetirmir. Belə vəsaitlərin istifadəsi barədə məlumatlar hələlik mövcud deyil.

Tərəqqi və onun nəticələri

Gördüyünüz kimi silah sahəsində irəliləyişlər dayanmaq bilmir. Əvvəllər yalnız bədii əsərlərdə mövcud olan perspektivli sistemlər artıq hazırlanaraq istifadəyə verilir. Uzaq gələcəyin məsələsi kimi görünən lazer, elektromaqnit, akustik və İES/DEW-lərin digər versiyaları bu gün silahlanmaya qəbul edilir. Digər sistemlər isə hələlik fantastika olaraq qalır və laboratoriya sınaqlarına belə çatdırıla bilmir.

İES sahəsində mövcud uğurlar müxtəlif növlərin çoxsaylı araşdırmaları və bütün əsas sahələrdə yeni texnologiyaların ortaya çıxması ilə birbaşa əlaqəlidir. Mövcud texnologiyaların təkmilləşdirilməsi və gələcəkdə gözlənilən yeni sistemlərin meydana çıxması inkişafa açıq-aşkar müsbət təsir göstərəcək. İstiqamətləndirilən enerjinin mövcud silahları yaxşılaşdırılacaq, zaman keçdikcə isə yeni sistemlərin - ilk növbədə nəzəriyyə səviyyəsində məlum olan sistemlərin meydana gəlməsini gözləmək lazımdır.

Yazı Ryabov Kirilin məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Enerji-silahları   Texnologiya  

İstiqamətləndirilən enerji silahları: Tərəqqi və onun nəticələri

2020/04/11111-1587194007.jpg
Oxunub: 1549     14:08     18 Aprel 2020    