Layihə J/H-XX: Çinin uzun mənzilli aviasiyası üçün sirli bir yenilik

2020/04/Ipl8w-1587191420.jpg
Oxunub: 1384     10:27     18 Aprel 2020    
Xarici kəşfiyyat məlumatlarına görə, Çin aviasiya sənayesi fərqli məqsəd və vəzifələrə görə eyni anda iki yeni bombardmançı inkişaf etdirir. Qitələrarası məsafədə problemləri həll etmək üçün H-20 təyyarəsi yaradılır, J/H-XX kimi tanınan vasitə isə "regional" bombardmançı olacaq.

İki layihə

Hazırda ÇXAO-nun HHQ-sinin uzun mənzilli aviasiyası "Xian H-6" bombardmançısının bir neçə modifikasiyası ilə təchiz edilir. Daimi yeniləmələrə baxmayaraq, bu tip təyyarələr indiki tələblərə cavab vermir və dəyişdirilməlidir. Son bir neçə ildə H-6-nın dəyişdirilməsi mövzusu praktik müstəviyə keçirilib.

2013-cü il maketi

2013-cü ildə, Çin sərgilərindən birində bəlli olmayan bir təyyarənin modeli göstərildi. Xarici KİV-lər bunun perspektivli uzaqmənzilli bombardmançı olduğunu ehtimal etdilər. Tezliklə J/H-XX qeyri-rəsmi təyinatı ortaya çıxdı. Bəzi mənbələrdə H-18 indeksi göstərilirdi.

2015-ci ildə Xian Təyyarə Sənaye Korporasiyasında H-20 adlı yeni bir uzaqmənzilli bombardmançı hazırlandığı məlum oldu. Məlumatın olmaması səbəbindən J/H-XX və H-20-nin eyni layihə olduğu güman edilirdi.

2018-ci ilin əvvəlində ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Çinin perspektivli inkişaflarına dair daha bir hesabatı yayımlandı. Bu hesabatda Çin Hərbi Hava Qüvvələri üçün eyni vaxtda uzaq və orta mənzilli iki bombardmançının inkişaf etdirildiyi bildirildi. Strateji miqyaslı problemləri "Xian H-20", regional vəzifələri isə J/H-XX həll etməli idi.

Təxmini görünüş

Əsasən Çindən kənarda formalaşan mövcud məlumatlara görə, J/H-XX layihəsi, döyüş radiusu bir neçə min kilometr olan və orta kütləyə malik stels bombardmançının hazırlanmasını təmin etməlidir. Əməliyyat-taktiki və əməliyyat-strateji səviyyədə əsas düşmən hədəflərini məhv etmək üçün təyyarə adi, bəlkə də nüvə silahlarından istifadə etməli olacaq.

Gələcək J/H-XX təyyarəsinin görünüşünün artıq məlum olduğu güman edilir. 2013-cü il sərgisində yeni bombardmançı ilə qısa zamanda əlaqələndirilən qeyri-adi bir təyyarə modeli nümayiş olundu. Sonra 2018-ci ildə "Aerospace Knowledge" jurnalının may buraxılışının üz qabığında bu iki təyyarənin görüntüsü ortaya çıxdı. Mövcud qiymətləndirmələrin əksəriyyəti bu materiallara əsaslanır və çox vaxt maraqlı nəticələrə də səbəb olur.

Jurnalda perspektiv bombardmançılar

Təqdim olunan təyyarə, oxşəkilli qanad və V-şəkilli pərə malik inteqral sxemə uyğun hazırlanır. Korpus gizli texnologiyadan istifadə edilərək qurulur, bunun nəticəsində konturlar müvafiq axımlı formaya malikdir.

Mühərriklərin hava girişləri və burunları füzelyajın yuxarı hissəsində yerləşir. Silah yerləşdirmək üçün daxili yük bölməsindən istifadə olunur. Təyyarənin xarici görünüşü, düşmənin havadan müdafiəsini yarılmasını və səsdən yüksək uçuş qabiliyyətini təmin etdiyini göstərir.

Bundan əlavə, bombardmançılar üçün xarakterik olmayan, hava döyüşləri aparmaq üçün uyğun olan manevr qabiliyyəti ilə bağlı fərziyyələr də ifadə olunur.

J/H-XX "regional" bombardmançı olaraq qəbul edilir. Bu vəzifələri yerinə yetirmək üçün 2-2.5 min km uzunluğunda döyüş radiusu tələb olunur. Bazalardan daha çox məsafədə fəaliyyətlər isə uzaqmənzilli H-20 bombardmançısına həvalə ediləcək.

Təyyarə ilə bağlı çox maraqlı qiymətləndirmələr IIHS nəşri tərəfindən "The Military Balance 2020"də dərc edilib. Müəlliflər J/H-XX layihəsində xüsusi və geniş imkanları olan qırıcı-bombardmançı haqqında danışa biləcəyimizi ehtimal edirlər. Onlar təyyarənin "hava-yer" sistemləri ilə birlikdə "hava-hava" silahlarını da daşıya biləcəyini iddia edir. Bu vasitələrin əsas silahları PL-15 və PL-21 raketləri ola bilər.

Məlumata görə, atəş məsafəsi 200 km olan PL-15 raketi artıq Çin Hərbi Hava Qüvvələrinin silahlanmasındadır. İkiqat atəş məsafəsinə malik olan PL-21 raketi isə hələ inkişaf mərhələsindədir. Bu silahla J/H-XX nəzəri olaraq AWACS və ya hava komanda məntəqələri kimi düşmənin müdafiəsinin əsas elementlərini vura biləcək. Belə bir zərbədən sonra qırıcı-bombardmançılar digər hədəfləri "emal edə" biləcəklər.

Yer hədəflərini məhv etmək üçün geniş çeşidli raket və müxtəlif növ bombalardan istifadə etmək mümkündür. J/H-XX eyni nəticələrlə həm yerüstü, həm də suüstü hədəflərə hücum edə bilər.

Müddət və nəticələr

ABŞ Kəşiyyat İdarəsinə görə, 2018-2019-cu illərdə J/H-XX layihəsi inkişaf mərhələsində olub. Önümüzdəki illərdə prototip görünməlidir. İlkin əməliyyat hazırlığına nail olmaq 2025-ci ildən tez baş verməyəcək. Beləliklə, yeni onilliyin sonuna qədər, Çin Hərbi Hava Qüvvələrinin kifayət qədər yeni texnikası olacaq.

Mövcud görüntülər əsasında J/H-XX görünüşünün yenidən qurulması

Eyni zamanda, ilk H-20 strateji bombardmançılarının görünməsi də gözlənilir. Beləliklə, 2025-30-cu illərdə Çin çoxdan gözlənilən yeni avadanlıqların təchizatı vasitəsilə uzun mənzilli aviasiyanın modernləşdirilməsi prosesinə başlayacaq. Bunun müsbət təsirləri göz qabağındadır. Əsas odur ki, ÇXAO onilliklər gözlədikdən sonra mövcud tələblərə cavab verən və tamamilə yeni uzaqmənzilli bombardmançılar əldə edəcək.

İki yeni təyyarənin köməyi ilə Çin uzaqmənzilli aviasiyasını köklü şəkildə modernləşdirə biləcək, onu yaranan problemləri həll etmək üçün daha çevik və rahat bir alət halına gətirəcək. Fərqli xüsusiyyətləri olan iki bombardmançı fərqli məsuliyyət zonalarında döyüş tapşırıqlarını həll edə biləcək, bu isə aşkar üstünlüklər təmin edəcək. Əməliyyat-taktiki zonada J/H-XX-nin fəaliyyət göstərə bilməsi, H-20 təyyarələrini strateji vəzifələr üçün ayırmağa imkan vercək. Hazırda bütün bu tapşırıqları H-6 təyyarələrinin müxtəlif versiyaları yerinə yetirir.

Reallıqda J/H-XX təyyarələrinin "hava-hava" silahlarını daşıya biləcəyi bəlli deyil. Çin sənayesi bu cür imkanları təmin edərsə, ÇXAO əhəmiyyətli döyüş radiusuna sahib universal bir vasitə əldə edəcək. Bəlkə də uzaqmənzilli "qırıcı-bombardmançı"nın əsas imkanları nəzərə alınaraq onların döyüş istifadəsinin yeni metodları işlənib hazırlanacaq.

Gələcək J/H-XX təyyarəsinin təxmin edilən döyüş radiusu, Çin Hərbi Hava Qüvvələrinə ölkə ətrafındakı su akvatoriyasına və adaların əhəmiyyətli bir hissəsinə nəzarət etməyə imkan verəcək. Təyyarənin havada yanacaqdoldurma sistemi ilə təchiz olunacağı ehtimal olunur, bu isə cavabdehlik zonasını genişləndirəcək. "The Military Balance" nəşrinin müəllifləri yeni Çin bombardmançılarının, hətta Avstraliyaya təhlükə yarada biləcəyindən də ehtiyat edirlər.

Narahatlığın səbəbləri

J/H-XX bombardmançısı haqqında məlumatların çoxu hələ rəsmi olaraq açıqlanmayıb, buna görə yalnız ayrıca məlumatlara və qiymətləndirmələrə etibar etməli oluruq. Mövcud proqnozların nə dərəcədə gerçək olacağı isə yalnız gələcəkdə bəlli olacaq. Hələlik onların əsasında çox maraqlı mənzərə inkişaf edir.

2025-ci ildən sonra Çin HHQ-si köhnə səsəqədər H-6 təyyarələrini müasir avadanlıq və silahlarla əvəz etmək üçün iki növ uzaqməzilli bombardmançını birdən əldə edə bilər. Bu təyyarələrdən biri səsdən yüksək sürət inkişaf etdirəcək və ehtimal ki, qırıcı vəzifəsini mənimsəyəcək. Qeyd etmək lazımdır ki, bu, həm də Çinin ilk səsdən yüksək sürətli və uzaqmənzilli bombardmançısı olacaq.

Əgər məlum hesablamalar, sızmalar və s. reallığa uyğun gəlirsə və J/H-XX layihəsində real vəziyyəti əks etdirirsə, o zaman cəmi bir neçə il sonra Çin Hərbi Hava Qüvvələri çox maraqlı nəticələrlə başa çatacaq uzaqmənzilli aviasiyanın ən böyük modernləşdirmə proqramına başlaya biləcək.

https://topwar.ru/169340-proekt-j-h-xx-zagadochnaja-novinka-dlja-dalnej-aviacii-kitaja.html?fbclid=IwAR1VE5uEuGjHiNgT1C-T8_zUvH3jEmz7_oPyiaCK20ZJi_qwjg_YBswwwLY

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   HHQ   J/H-XX  

Layihə J/H-XX: Çinin uzun mənzilli aviasiyası üçün sirli bir yenilik

2020/04/Ipl8w-1587191420.jpg
Oxunub: 1385     10:27     18 Aprel 2020    