Pakistan XİN: Dağlıq Qarabağda “seçkilər”in keçirilməsi beynəlxalq hüququn pozulmasıdır

2020/04/pakis-1586441032.jpg
Oxunub: 28649     17:56     09 Aprel 2020    
“Martın 31-də Dağlıq Qarabağda qondarma “seçkilər”in keçirilməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”.

Ordu.az xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Aişə Faruki deyib.

O bildirib ki, ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir, Pakistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək.

XİN rəsmisi Dağlıq Qarabağda “seçkilər”in keçirilməsinin münaqişənin sülh yolu ilə həll olunması məqsədilə aparılan danışıqlara xələl gətirdiyini də vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin