Qarabağda qanunsuz keçirilən “seçki”dən sonrakı narazılıqlar səngimir

2020/04/1111-1586254957.jpg
Oxunub: 14109     14:57     07 Aprel 2020    
Xəbər verdiyimiz kimi, ötən gün işğal altında olan Qarabağda “İnqilabçı Partiya” Xankəndi şəhərində etiraz aksiyası keçirib.

Etirazçılar qanunsuz keçirilən “seçkilər”dən narazı olduqlarını bildirir və “seçkilər”in ləğv edilməsinə çağırırlar.

“Tələblərimiz budur ki, “seçkilər” ləğv edilsin, təkrar “seçki” elan edin. Bu “seçki” biabırçı bir seçkidir, bu qəbuledilməz bir “seçki”dir, bununla bizim narkisizmimizlə oynamağa çalışıblar”, - deyə partiya sədri Artur Osipyan çıxışı zamanı bildirib.

Erməni politoloq Aleksandr Kananyan bildirib ki, Qarabağdakı “seçki”dən sonrakı hadisələrin inkişaf prosesi epidemiyanın yayılması perspektivi ilə çox bağlıdır.

“Əgər Qarabağda epidemiyanın yayılmasını dayandırmaq və ya epidemiyanın faktiki yayıldığını elan etməmək mümkün olsa, ikinci mərhələ təyin edilən müddətdə baş tutacaq. Səs sayında ikinci yeri tutan Masis Mailyanın, epidemiyanın yayılma riskinə əsaslanaraq, ikinci turun boykot edilməsi barədə verdiyi açıqlamanı nəzərə alaraq, baş oliqarx Arayik Harutyunyanın “seçki müvəffəqiyyəti”ni təxmin edə bilərik”, - deyə o qeyd edib.

Erməni politoloq Aleksandr Kananyan əlavə edib ki, Qarabağda fövqəladə vəziyyət elan edilməyincə, epidemiyanın yayılması halları təsdiqlənməyincə, “seçkilər”i qadağan etmək üçün lazımi əsas olmayacaq.

“Dünənki etirazlar seçkilərin ikinci turuna qədər eyni şəkildə davam edə bilər”, - deyə o bildirib.

Kananyanın sözlərinə görə, bu etirazların əsas oyunçusu “İnqilabçı Partiya”nın lideri Artur Osipyandır.

“O, həmişə müxalif mövqeyi ilə tanınırdı, Qarabağda cinayətkar oliqarxiyanın radikal əleyhdarı olub, bütün kampaniya zamanı Xankəndi şəhərində və Qarabağın digər yaşayış məntəqələrində etiraz aksiyaları keçirən tərəfdarları var. Dünən Xankəndi üçün görünməmiş bir yürüş baş tutub, Artur Osipyanın başlatdığı etiraz aksiyasına digər müxalifət nümayəndələri, o cümlədən yürüşdə iştirak etməklə yanaşı müxtəlif namizədləri dəstəkləyən, həmçinin Masis Mailyanın tərərdarları və digər müxalifət nümayəndələri də daxil idi. Bəziləri hətta çıxış da ediblər. Ümumiyyətlə, bu etirazların hərəkətləri olduqca təmsilçidir, cinayətkar oliqarxiyanın bərpasına qarşı çıxan demək olar ki, bütün qüvvələrin ən fəal nümayəndələrini bu etiraz aksiyasında görmək olardı. Cinayətkar oliqarxiyanın radikal bir rəqibi olaraq Xankəndində olduğum üçün mən də iştirak etməyi öz mənəvi borcum hesab etdim”, - deyə erməni politoloq bildirib.

Kananyan bir tərəfdən epidemiya səbəbindən “seçkilər”i boykot etmək çağırışının gəlməsi, digər tərəfdən izdihamlı yığıncaqlar təşkil olunması sualına cavabında bildirib ki, hər halda, yoluxmanın yayılması imkanlarının genişlənməsinə görə bütün məsuliyyət yalnız qondarma qurumun “rəhbərliyi” və onları güc əhatəsi, yenidən bərpa olunma prosesində olan baş oliqarx Arayik Harutyunyanın üzərinə düşür.

“Birinci turdan qabaq namizədlərin əksəriyyəti, Ermənistanın bir sıra digər bölgələrindən olan ziyalılar, bir sıra xadimlərlə birlikdə seçkilərin təxirə salınmasına çağırdılar, lakin Paşinyan tərəfindən təmsil olunan rəsmi İrəvan, dövlətin və vətəndaşlarının təhlükəsizliyi ilə əlaqəsi olmayan digər taktikalara əsaslanaraq, Qarabağın kriminal oliqarxının həyati mənafelərinin hesablamaları olan rüsvayçılığa, həqiqətən çox ağır bir cinayət törədilməsinə yol verdi. Bu, yalnız epidemiyanın yayılması baxımından deyil, rəsmi İrəvan Qarabağda “ədalətli seçkilər”in keçirilməsi üçün minimum şərtlər yaratmaq üçün heç bir şey etməməsidir. Qarabağ cinayətkar oliqarxiyasının bu təcavüzü uğursuz olacaq və yaxın gələcəkdə iflasa uğrayacaq. Bütün bunlara görə Paşinyan da çox ciddi siyasi nəticələrlə üzləşəcək. Ermənistanın Qarabağ mənşəli şüurlu, dövlətçi, birlik ideyası ilə yaşayan vətəndaşları belə bir münasibətə dözə bilməz və təbii ki, Paşinyan şəxsən ciddi bir siyasi məsuliyyət daşıyacaq, bu hərəkətinə görə o, bağışlanmayacaq”, - deyə Kananyan qeyd edib.

Dünənki mitinqin təşkilatçısı olan Osipyan da öz mövqeyini açıqlayıb.

“İstefa versinlər və” seçkilər”in ilk turu ləğv edilsin. Bako Sahakyan orada oturduğu müddətcə seçkilər ədalətli baş tuta bilməz. Biz, keçmişdə, onun rəhbər olduğu müddətdə də deyirdik ki, seçkilər ədalətli ola bilməz və inzibati resurs Arayik Harutyunyanın xeyrinə istifadə ediləcək. Seçkilər zamanı hamı buna əmin oldu”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İşğal   Ermənistan   Etiraz  


Bizi "telegram"da izləyin