Qarabağda etiraz aksiyası: ermənilər qondarma seçkiləri boykot edir

2020/04/l-Je7-1586101943.jpg
Oxunub: 10812     19:48     05 Aprel 2020    
İşğal altında olan Qarabağda yaşayan ermənilər etiraz aksiyası təşkil edib

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etiraz aksiyası "İnqilabçı partiya" tərəfindən Xankəndi şəhərində təşkil olunub.

Etirazçılar bir neçə gün öncə keçirilən qanunsuz "seçkilər"in nəticələrinə etiraz edib və onu ləğv etməyə çağırış ediblər.

"Bizim tələblərimiz budur ki, "seçkilər"i ləğv etmək, yenidən "seçkilər" elan etmək lazımdır. Bu "seçkilər" biabırçı "seçkilər"dir, bunlar qəbuledilməz "seçkilər"dir, bununla ləyaqət hislərimizlə oynamağa çalışıblar", - deyə öz çıxışı zamanı partiyanın sədri Artur Osipyan bildirib.

Osipyanın çıxışı zamanı bəzi şəxslər arasında mübahisə başlayıb və Osipyan təxribatlara əl atmamağa çağırış edib. Onun sözlərinə görə, təxribatlara əl atanlar Arayik Harutyunyanın tərəfdarlarıdırlar, onlar avtomobillərlə keçirlər, fit çalırlar və mane olurlar.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Etiraz   Aksiya  


Bizi "telegram"da izləyin