2020-ci il aprelin 3-də, saat 00:35 radələrində, Ermənistanın işğal altında olan Qarabağda yerləşdirdiyi qanunsuz “hərbi birləşmə”nin “N” saylı hərbi hissəsinin döyüş mövqeyində məcburi müddətli hərbi qulluqçu, sıravi Qareqin Kamo Babakexyanın çənə nahiyəsindən ölümcül güllə yarası alması hadisəsi ilə bağlı cinayət işi açılıb.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqəlar şöbəsi məlumat yayıb.
Cinayət işi ikinci qarnizon istintaq şöbəsində Ermənistan Cinayət Məcəlləsinin 360.1-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə (döyüş növbətçiliyi və ya döyüş xidməti həyata keçirilməsi zamanı səhlənkarlıqla hərbi qulluqçunu intihar həddinə çatdırmaq) açılıb və ilkin istintaq aparılır.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Ölüm
Qarabağ