Avstraliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda martın 31-də keçirilmiş qondarma "seçkilər"i tanımır.
Ordu.az xəbər verir ki, bunu Avstraliyanın Türkiyədəki səfiri Mark İnnes-Braun öz "Twitter"səhifəsində yazıb.
Səfir bildirib ki, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə dinc nizamlanmasında rolunu davam etdirməsi çox vacibdir.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Avstraliya
Qarabağ
Seçki