Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aprelin 3-də, saat 00:35 radələrində Qarabağın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində hələlik naməlum şəraitdə erməni hərbi qulluqçu, 2000-ci il təvəllüdlü Qareqin Kamo Babakexyan aldığı güllə yarasından ölüb.
Hadisənin təfərrüatlarını müəyyənləşdirmək üçün istintaq aparılır.
Alpər Mövludoğlu
Ordu.az