Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 31 mart 2020-ci il tarixində keçirilmiş qondarma “seçkilər” ilə bağlı NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay rəsmi "Facebook" səhifəsində məlumat yayıb.
Ordu.az xəbər verir ki, xüsusi nümayəndə NATO-nun bu “seçkiləri” tanımadığını bildirib.
O, həmçinin ATƏT Minsk Qrupuna və həmsədrlərin ötən gün bu məsələyə dair verdiyi bəyanata dəstək ifadə edib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
NATO
Qarabağ
Seçki