İƏT işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i tanımır

2020/04/oic_l-1585728632.jpg
Oxunub: 7278     12:09     01 Aprel 2020    
2020-ci il martın 31-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda qondarma “seçkilər”in keçirilməsi BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı müvafiq qətnamələrinə ziddir.

Ordu.az xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, İƏT Baş Katibliyi həmçinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı çərçivəsində sülh yolu ilə nizamlanmasını dəstəkləyən İƏT və ATƏT qətnamə və qərarlarına istinad edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İƏT   Seçki   Qarabağ  


Bizi "telegram"da izləyin