Böyük Britaniya Azərbaycanın işğal edilmiş ərazilərdə keçirilmiş qondarma “seçkiləri” tanımır

2020/04/15857-1585720965.jpg
Oxunub: 31490     10:10     01 Aprel 2020    
Böyük Britaniya mart ayının 31-də Azərbaycanın işğal edilmiş ərazilərdə keçirilmiş qondarma “seçkiləri” tanımır.

Ordu.az xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər”lə bağlı AZƏRTAC-ın sorğusuna cavabında bildirib.

XİN-in cavabında, həmçinin qeyd edilib ki, Böyük Britaniya ATƏT-in Minsk qrupunun sülh prosesindəki rolunu tam dəstəklədiyini bir daha təsdiqləyir, bu prosesdə Azərbaycanı və Ermənistanı etimadın yaradılması, eləcə də münaqişənin danışıqlar yolu ilə həlli üçün səyləri artırmağa çağırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Qarabağ   Seçki  


Bizi "telegram"da izləyin