Hulusi Kılıç: Soyqırımı Günü Qarabağda qondarma “seçkilər” keçirmək siyasi əxlaqsızlığın son həddidir

2018/10/45645-1539754153.jpg
Oxunub: 1600     13:00     31 Mart 2020    
Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində qondarma “prezident və parlament” seçkilərinin keçirilməsi siyasi əxlaqsızlığın son həddidir. Bu addım BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərar və qətnamələrinə təhqirdir.

Ordu.az xəbər verir ki, bu fikirləri AzərTac-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

Bu saxta “seçkilərin” Azərbaycanlıların Soyqırımı Gününə təyin olunmasını erməni riyakarlığının növbəti təsdiqi kimi dəyərləndirən səfir deyib: “Separatçı rejimin növbəti qanunsuz addımı açıq-aydın BMT və ATƏT-in Minsk Qrupuna qarşı hörmətsizlikdir. Bütün bu hüquqazidd əməllərin məsuliyyətini işğalçı Ermənistan daşıyır. Ermənistan hakimiyyəti bir tərəfdən dünya ictimaiyyətini aldadır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Digər bir tərəfdən isə Azərbaycan torpaqlarının iyirmi faizini işğalda saxlayır və başqa bir ölkənin ərazisində qondarma “seçkilərin” keçirilməsinə şərait yaradır. Beynəlxalq hüquqa zidd olan bütün bu hadisələrin yaranmasının səbəbi dünyadakı ikili standartlardır”.

Ermənistanın işğalçısı siyasətinin Qafqazda sülhə və inkişafa təhdid kimi dəyərləndirən səfir vurğulayıb ki, regionda baş verə biləcək bütün xoşagəlməz hallara görə, məsuliyyəti Ermənistan və ona havadarlıq edən qüvvələr daşıyır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Azərbaycan   Qarabağ   Soyqırım  

Hulusi Kılıç: Soyqırımı Günü Qarabağda qondarma “seçkilər” keçirmək siyasi əxlaqsızlığın son həddidir

2018/10/45645-1539754153.jpg
Oxunub: 1601     13:00     31 Mart 2020    