İran XİN Qarabağdakı qondarma "seçkiləri" pisləyib

2020/03/13922-1585642639.jpg
Oxunub: 1324     12:15     31 Mart 2020    
İranın Xarici İşlər Nazirliyinin Azərbaycanın işğal olunan ərazilərində keçirilməsi planlaşdırılan qondarma “prezident” və “parlament” seçkilərini pisləyib.

Ordu.az-ın məlumatına görə, nazirliyin mətbuat katibi Seyid Abbas Musəvi deyib ki, İran İslam Respublikası bölgədə gərginlik və ixtilafın artmasına səbəb olan hər cür addımın əleyhinədir.

"Biz düşünürük ki, iki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasında ixtilafların həllini çətinləşdirən hər cür addımın atılmasından çəkinilməlidir", - deyə XİN rəsmisi vurğulayıb.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözcüsü sonda əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə beynəlxalq qanun və prinsiplər çərçivəsində həll olunmalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Qarabağ   Seçki  

İran XİN Qarabağdakı qondarma "seçkiləri" pisləyib

2020/03/13922-1585642639.jpg
Oxunub: 1325     12:15     31 Mart 2020    