Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus siayasi analitik Aleksey Malaşenko dünyada koronavirus pandemiyasının yayılması ilə əlaqədar Dağlıq Qarabağ münaqişəsi zonasında gözlənilən hadisələrə toxunarkən deyib.
Malaşenko bildirib ki, Qarabağ münaqişəsi dünyadakı ən gözlənilməz münaqişələrdən biridir və hər hansı müddət ərzində qərar qəbul edənlərdən savayı ekspertlər dəqiq analizlər verə bilməzlər.
Rus siyasi analitik qeyd edib ki, bu mərhələdə Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv, genişmiqyaslı toqquşmalar, əməliyyatlar olmayacaq, çünki bölgədəki vəziyyət olduqca ciddidir və bütün ölkələrin rəhbərləri bu gün koronavirus probleminin aradan qaldırılması problemi ilə məşğuldur.
“Fikrimcə, bu müddət ərzində münaqişə zonasında xüsusilə ciddi hadisələr olmayacaq”, - deyə Malaşenko bildirib.
Alpər Mövludoğlu
Ordu.az