Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan deyib.
Sarkisyan Ermənistan Baş naziri Nikol Paşinyanın öz çıxışlarından birində Birləşmiş Ştatları tənqid etdiyini xatırladıb. Sarkisyanın sözlərinə görə, Nikol Paşinyan çıxışında bildirib ki, hakimiyyət dəyişikliyindən sonra Vaşinqton Ermənistana sıfır dərəcəsində dəstək nümayiş etdirib. Erməni politoloq qeyd edib ki, bu cür bəyanatlar cavabsız qalmır.
“Bundan əlavə, Ermənistanın regional məsələlərdə xarici siyasəti də mühüm rol oynadı”, - deyə Suren Sarkisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az