Erməni politoloq Suren Sarkisyan qeyd edib ki, ABŞ-ın büdcə müzakirələri yeni başlayır, büdcə layihəsi prioritetlərə uyğun şəkildə təqdim olunub.
“Sözdə ehtiyat fondundan əlavə maliyyə vasitələri də verilə bilər. Lakin Qarabağa gəldikdə, söhbət maliyyə saxlanılması baxımından çətin olacaq bir proqramdan gedir, çünki bu proqramın maliyyələşdirilməsinə qarşı çıxış edən kifayət qədər nüfuzlu bir çox qüvvələr var. ABŞ-ın Qarabağa yardım verilməsi proqramını saxlamaq çətin olacaq”, - deyə Sarkisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az