Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus hərbi ekspert Vladimir Yevseyev deyib.
O qeyd edib ki, bu səbəb cəbhə xəttində qarşıdurmanı müəyyən bir müddət, ən azından bu problemin həllinə qədər zəiflətməlidir.
“Bilirsiniz, düşünürəm ki, fərziyyə və təsəvvür etməyə ehtiyac yoxdur. Ermənistanın ciddi problemi var, Rusiyanın da var, Azərbaycanın da. Bu problemin necə həll olunacağı hələlik bəlli deyil. Düşünürəm ki, koronavirusla bağlı bu qeyri-müəyyənlik müddətində böyük ehtimalla Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi olmayacaq. Koronavirus problemi Qarabağ münaqişəsi zonasında qarşıdurmanı zəiflədəcək. Bu, mənim şəxsi baxışımdır”, - deyə rus hərbi ekspert bildirib.
Alpər Mövludoğlu
Ordu.az