Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus siyasi təhlilçi Stanislav Tarasov Dağlıq Qarabağ münaqişəsi zonasında hazırda mövcud olan təhlükəsizlik problemlərinə toxunarkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın İranla sərhədi var, sərhədlərin bağlanmasına baxmayaraq, heç kim pandemiyadan sığortalanmayıb və pandemiya hər kəsə yayıla bilər.
“Düzgün, humanitar olardı ki, Əliyev və Paşinyan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılması haqqında müvəqqəti razılaşma imzalasınlar”, - deyə Tarasov bildirib.
Alpər Mövludoğlu
Ordu.az