“Bu rayonda işləri başa çatdırmaq üçün ən azı bir il daha işləmək lazım olacaq. Bu, elə bir işdir ki, bacarıq və səbr, kənddə bir neçə saat oturmaq və insanlarla danışmağı tələb edir”, - deyə “Eurasianet” nəşrinə açıqlamasında “Halo Trust” təşkilatının Qarabağdakı proqramının rəhbəri Rob Sifret bildirib.
“Biz nə qədər şey edildiyini və hələ nə qədər şey ediləcəyini başa düşmək üçün kənddən kəndə səfər etməyə hazırlaşırıq”, - deyə təşkilatın əməliyyat meneceri Oliver Cerard-Pirs əlavə edib.
ABŞ tərəfinin rəsmiləri əmindirlər ki, ərazilərin tamamilə minalardan təmizləndiyini söyləmək qeyri-mümkündür.
Bu, o faktla sübut olunur ki, 2015-ci ildən başlayaraq minaların yeganə qurbanları “Halo Trust” təşkilatının işçiləri olub. Həmin işçilər sübut edirlər ki, minalanmış qalan rayonlar olduqca əlçatmazdır. Belə ki, minaların təmizlənməsi üçün sərf olunan resursları başqa yerlərdə istifadə etmək daha yaxşıdır.
Qeyd edək ki, ABŞ hökuməti işğal altında olan Qarabağda minatəmizləmə işləri üçün maliyyələşdirməni dayandırıb.
Alpər Mövludoğlu
Ordu.az