Ordu.az xəbər verir ki, martın 25-də əslən Stepanovandan olan, hazırda Ağdərədə qulluq edən zabit Roman Tunyan döyüş postunu və ailəsini ataraq sevgilisi ilə İrəvana qaçıb.
Söhbət zamanı onun həyat yoldaşı zabitin kazino həvəskarı və qumar azarkeşi olduğunu, dəfələrlə külli miqdarda pul uduzduğunu da bildirib.
R.Tunyan sevgilisi ilə birlikdə İrəvan şəhərindəki kazinolardan birində saxlanılıb. Yoxlama zamanı məlum olub ki, qumarda uduzduğu pulun ödənməsi məqsədilə o, hərbi hissəyə məxsus bəzi avadanlıqları oğurlayaraq satıb.
Rəsmi məlumat verilməsə də faktla bağlı araşdırma aparılır.
Ordu.az