Ordu.az xəbər verir ki, işğal olunmuş Aşağı Oratağ yaşayış məntəqəmizdə yerləşdirilən 42-ci əlahiddə alayın hərbi qulluqçusu Muşeğ Movsesyan 4 nömrəli postda saatdar olduğu zaman guya “silahla ehtiyatsız davrandığı üçün” ayağından yaralanıb.
Əsgər M.Movsesyan 2019-cu ilin 2-ci yarısında İrəvan hərbi komissarlığından xidmətə çağırılaraq Qarabağa göndərilib.
Komandanlıq rəsmi olaraq hadisəni silahla ehtiyatsız davranma kimi qeyd edib. Lakin hospitala yerləşdirilən M.Movsesyanın xidmət yoldaşlarından bəziləri onun taqım komandirinin təhqirlərinə dözməyərək xidmətdən yayınmaq məqsədilə tabeliyində olan avtomatından atəş açaraq özünü ayağından yaraladığını deyirlər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Ordu.az