Erməni hərbi həkim əsgəri müalicə etməkdən imtina edib

2018/06/34_1528612352.jpeg
Oxunub: 23065     11:53     29 Mart 2020    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində nizamnamədənkənar münasibətlər fiziki və mənəvi təzyiqlər səbəbindən baş verən növbəti cinayət hadisəsi qalmaqala səbəb olub.

Ordu.az xəbər verir ki, işğalçı ordunun hərbi qulluqçusu Mardir Vaskanyan xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülüb. Hadisəni hüquq-mühafizə orqanlarından gizlətmək məqsədilə xəsarət alan əsgər M.Vaskanyan hərbi hissənin tibb məntəqəsinə göndərilib.

Hərbi qulluqçunun vəziyyətinin və travmasının ağır olduğunu təsbit edən hərbi hissənin həkimi Ermənistan ordusunun döyülən əsgərini müalicə etməkdən imtina edib. Hərbi qulluqçunun sağlamlığında ortaya çıxa biləcək fəsadlara görə məsuliyyəti öz üzərinə götürməkdən boyun qaçıran hərbi həkim M.Vaskanyanın təcili Xankəndinə hərbi hospitala təxliyə edilməsinə qərar verib. Onun bu addımı nəticəsində komandanlıqla yaranan münaqişə və hədə-qorxulara baxmayaraq həkim qərarından vaz keçməyib.

Əsgəri hospitala göndərdikdən sonra həkim hərbi polisə də məlumat verib.

Hadisə ilə bağlı açılan cinayət işi hərbi polis tərəfindən araşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Travma  


Bizi "telegram"da izləyin