Ermənistan ordusunda xidmət edən əsgərin gözləri tutulub

2017/10/488380204_s2342344_1509350495.jpg
Oxunub: 8956     15:01     29 Mart 2020    
Ermənistan ordusunun işğal olunmuş Madagiz yaşayış məntəqəmizdə yerləşdirilən bölmələrindən birində xidmət edən hərbi qulluqçu Narek Arzaqantyan təcili olaraq İrəvana hərbi hospitala göndərilib.

Ordu.az xəbər verir ki, əvvəlcə hərbi hissə komandiri faktı gizlətmək məqsədilə əsgəri infeksion xəstəlik və pnevmoniya diaqnozu ilə hərbi hissənin tibb məntəqəsinə yerləşdirib. Hətta komandanlıq hadisəni ört-basdır etmək üçün koronovirus infeksiyasını bəhanə gətirərək əsgəri karantinə yerləşdirməyə cəhd göstərib.

Lakin sonradan əsgərin vəziyyəti ağırlaşdığından onu hərbi hospitala müayinəyə göndərməyə məcbur olublar.

Xəbərdə o da qeyd edilir ki, hospitalda təkrar müayinə zamanı əsgərin başından aldığı zərbələr nəticəsində gözlərinin tutulduğu müəyyən edilib.

Həkimlərin rəyi əsasında hərbi qulluqçu N.Arzaqantyan təcili olaraq İrəvana göndərilib. Hadisə ilə bağlı cinayət işi qaldırılıb, faktla bağlı araşdırma aparılır

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Xəstə  


Bizi "telegram"da izləyin