Ordu.az xəbər verir ki, Ermənistanın müxtəlif bölgələrində cinayət törədən hərbi qulluqçular məsuliyyətdən yayınmaq məqsədilə külli miqdarda rüşvət verərək Dağlıq Qarabağdakı hərbi hissələrə “perevod” olunurlar.
Məlumatda bildirilir ki, cinayət axtarış idarəsinin baş zabiti müstəntiq D.Armendən hərbi hissəyə daxil olan müraciətdə yazılıb ki, Ermənistanın Gümrü bölgəsində cinayət törədən kapitan Aleksandr Yüzbaşyan küllü miqdarda pul verərək xidmət yerini işğal olunmuş yaşayış məntəqəmizdə yerləşən bölmələrdən birinə dəyişməyə nail olub.
Müraciətə cavab hazırlayan zabit Əziz Stepanyanın yazdığına görə, kapitan A.Yüzbaşyan artıq mart ayının 12-dən yeni hərbi hissədə xidmətə başlayıb.
Ordu.az