Qarabağda koronavirusa görə təcrid olunan şəxslər var – ETİRAF

2020/03/22460-1585460256.jpg
Oxunub: 3673     11:00     29 Mart 2020    
İşğal altında olan Qarabağda koronavirusa yoluxmuş şəxslərin sayı açıqlanmasa da, təcrid olunan şəxslər var.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə qondarma qurumun “rəhbərinin müşaviri” Tiqran Abrahamyan məlumat verib.

Abrahamyan qeyd edib ki, zərurət halında müxtəlif riskli ölkələrdən Qarabağa gələn şəxslər tibb müəssisələrində və ya öz mənzillərində təcrid olunurlar.

“Əsas təcridolunma tibb müəssisəsi Şuşadadır, lakin təcrid üçün bütün rayonlar nəzərdə tutulub”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Koronavirus  


Bizi "telegram"da izləyin