Ordu.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, koronavirus infeksiyasının yayılması ilə əlaqədar mövcud vəziyyət bölgədə beynəlxalq sərhədlərin bağlanmasına, səyahətlər üçün məhdudiyyətlərə səbəb olub.
Qeyd olunub ki, infeksiya riskinin azaldılması üçün şəxsi təmaslara da məhdudiyyətlər mövcuddur.
"Yuxarıda göstərilənlərə əsasən və tərəflərlə məsləhətləşmələrdən sonra bu məhdudiyyətlər aradan qaldırılana qədər monitorinqlərin dayandırılması qərara alındı", - deyə bəyanatda bildirilir.
Ordu.az