Ordu.az xəbər verir ki, bu istiqamətdə görülən tədbirlərin nəticəsi olaraq, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 21 mənzil verilib.
Qeyd edək ki, Gəncədə 170 nəfər növbədədir, onların da 100-nə bu il evlər və mənzillər təqdim olunacaq.
Ümumilikdə, keçən il ölkə üzrə şəhid ailələri və müharibə veteranları üçün 934 ailəyə ev verilib. Onların 300-ü fərdi ev, 634-ü mənzil olub. Bu proqram respublikanın 25 rayonunu əhatə edib.
Dövlətimizin başçısının tapşırığı ilə bu il daha çox - 1500 ailə üçün evlərin təqdimatı nəzərdə tutulur. Builki proqram 52 rayonu əhatə edəcək, 700 mənzil və 800 fərdi ev təhvil veriləcək.
Ordu.az