Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VI YAZI (ANALİZ)

2020/03/d1206-1584439951.jpg
Oxunub: 731     14:45     17 Mart 2020    
(VI yazı. V yazını BURADAN oxuya bilərsiniz)

Nümunə tədqiqatlar

Aşağıdakı bölmə Estoniya, Finlandiya, Almaniya, Hollandiya və Norveçdəki kiber komandanlıqların missiyaları, təşkilati strukturları və əsas funksiyalarını təsvir edəcək. Bu bölmədəki məlumatlar, əsasən, açıq mənbələrdən, eləcə də hökumət və silahlı qüvvələrin strategiyaları, doktrinaları, milli qanunvericilik, veb-saytları, mətbuat məqalələri, hesabatları və digər mənbələrdən toplanıb. Bundan əlavə, bu araşdırmanın müəllifi beş ölkədən mövzu üzrə ekspertlər ilə 10 müsahibə aparıb.

Hər bir ölkənin hərbi kiber müdafiə qüvvələri haqqında ictimaiyyətə açıqladığı məlumat dəyişir. Buna görə də, nümunə tədqiqatları hər bir ölkənin xüsusi funksiyaları və təşkilati quruluşu haqqında ətraflı məlumat səviyyəsində fərqliliklər meydana çıxarır ki, bu da müəllifin müvafiq məlumatları toplaya bilmə dərəcəsini əks etdirir.

Niderland Kiber Müdafiə Komandanlığı

Strateji Təlimatlar

Niderland kiber məkanda təhlükəsizlik və müdafiə ilə bağlı iki strategiyaya malikdir. 2012-ci ildə nəşr olunan və 2015-ci ilin fevralında yenilənən Kiber Müdafiə Strategiyası bu sahənin əsas təlimat sənədindən biridir. Sənədin yenilənmiş versiyası heç vaxt qəbul edilməməsinə baxmayaraq, Kiber Müdafiə Doktrinasına istinad edir. 2013-cü ildən etibarən ən son milli səviyyəli strategiya “Milli Kiber Təhlükəsizlik Strategiyası 2: Xəbərdar olmaqdan İmkanlara” başlıqlıdır. 2018-ci ilin may ayında Niderland Hökuməti Milli Kiber Təhlükəsizlik Gündəliyini nəşr etdi və Müdafiə Nazirliyi də daxil olmaqla müxtəlif nazirliklər daxilində kibertəhlükəsizlik tədbirləri üçün 95 milyon avro ayırdı.

Niderlandın Silahlı Qüvvələri ilə birlikdə Müdafiə Nazirliyi müdafiə, hücum və kəşfiyyat kiber imkanlarını inkişaf etdirir. Kiber hücum əməliyyatlarının məqsədi kompüterə, kompüter şəbəkələrinə, silahlara və sensor sistemlərə daxil olmaqla rəqibin hərəkətlərinə təsir etmək və ya əvvəlcədən əngəl olmaqdır.

Kiber Müdafiə Strategiyasına 2015-ci ildə edilən yenilənmə silahlı qüvvələr üçün fəaliyyət növlərini (bir çoxu əvvəlki versiyasında da əhatə edilib) göstərdi:

1) Müdafiə, hücum və kəşfiyyat kiber məkan əməliyyatları;
2) İnnovasiya və satın alma;
3) Heyətin işə götürülməsi və kadrların təlimi;
4) Hərtərəfli yanaşma və əməkdaşlıq;
5) Səriştəliliyi və biliyini artırmaq.

Yenilənmiş versiya yuxarıda göstərilən fəaliyyətlər arasında iki xüsusi prioritet sahəni vurğulayır:

1. Satınalma prosesi (sürətli texnoloji dəyişikliklərə cavab vermək üçün daha çevik olmalıdır);
2. İKT və kiber müdafiə sahəsində bacarıq və biliklərin inkişafı (bu sahənin təkmilləşdirilməsi üçün seçilib).
Niderlandın müdafiə təşkilatı kiber məkanı beşinci hərbi sahə kimi görür. Silahlı Qüvvələrin bu sahədə mübarizə aparmaq üçün hazırlanmasının zəruriliyi nəzərə alınmaqla xüsusi bir komandanlıq qurulmasına dair razılıq da əldə olunub.

Beynəlxalq yerləşdirmələrin siyasi səlahiyyətləndirilməsi

Niderland, üç Baltikyanı ölkədə və Polşada NATO-nun Gücləndirilmiş İrəli Mövcudluğuna hərbi iştirakının bir hissəsi kimi Kiber Missiya Komandası yerləşdirib. Bu komandanın hücum kiber məkan imkanlarına malik olub-olmadığı ictimaiyyətə açıq deyil. Niderlandda Silahlı Qüvvələrin Kiber Müdafiə Komandanlığı tərəfindən kiber məkan əməliyyatlarının istifadəsi də daxil olmaqla, beynəlxalq əməliyyatlarda yerləşdirilməsinə hökumət qərar verir. Hökumət, yerləşmədən əvvəl parlamenti məlumatlandırmalıdır; bu mümkün olmadığı hallarda belə, mümkün qədər tez bunu etməlidir.

Təşkilat

Kiber Müdafiə Komandanlığı 2014-cü ildə Niderland Kral Ordusu tərkibində yaradılıb və yalnız əməliyyat məsələlərində Baş Qərargah rəisinə tabedir. 5 iyul 2018-ci ildə Kiber Müdafiə Komandanlığı birbaşa Niderlandın Silahlı Qüvvələrinin Müdafiə Qərargahının Başçısının nəzarəti altında komandanlıq komponentinə yüksəldildi. Lakin Kiber Müdafiə Komandanlığı funksional bir hərbi xidmət hesab edilmir. O, ordu, donanma, hava qüvvələri və hərbi polisdən birləşdirilərək yaradılan kiber məkan qabiliyyətlərini əhatə edir. Kiber Müdafiə Komandanlığının komandanı Baş Qərargah rəisinin kiber məsələlər üzrə hərbi məsləhətçisidir. Digər bir tərəfdən isə Müdafiə Nazirliyinin Əməliyyatlarİdarəsi hərbi əməliyyatlar zamanı kiber təsirlərin yerləşdirilməsinə dair Baş Qərargah rəisinə məsləhət verir.

Kiber Müdafiə Komandanlığı əməliyyat səviyyəsində kiber müdafiə və hücum imkanlarının inkişafı və yerləşdirilməsi üçün məsuliyyət daşıyır. Müdafiə Nazirliyinin Siyasi şöbəsi strategiya və siyasətin inkişafı üçün məsuliyyət daşıyır. 2015-ci il Kiber Müdafiə Strategiyasına əsasən, kiber aspektlər həm əməliyyatlardan əvvəl, həm də əməliyyatlardan sonra operativ qərar qəbuletmə proseslərinə inteqrasiya olunacaq.
Funksiyalar

Kiber Müdafiə Komandanlığı üç departamentdən ibarətdir: Əməliyyatlar, Texnologiya və Kiber Müdafiə Ekspertiza Mərkəzi. Buna əlavə olaraq da, bir qərargah/heyət komponenti mövcuddur.

Əməliyyatlar Departamenti, eyni zamanda, bir kəşfiyyat komponentindən və Kiber Müşavirlərdən ibarətdir. Bu müşavirlər gələcəkdə qurulacaq Kiber Məkan Əməliyyatları Komandalarının bir hissəsi kimi istifadə edilə bilər. Bu qruplar əməliyyat həyata keçirən heyət üzvlərinə, o cümlədən hücum və müdafiə əməliyyatları işçilərinə, əməliyyat planlaşdırıcılarına, proqram təminatı mütəxəssislərinə və s. daxil olmaqla, operativ komandirlərə tam əhatəli kiber məkan imkanı təmin edəcək. Mövcud müşavirlərin vəzifəsi hərbi kiber məkan əməliyyatları ilə əlaqədar məsələlərlə bağlı operativ komandirləri təmin etməkdir. Bundan əlavə, bütün dörd hərbi xidmət növünün xidmət və Kiber Müdafiə Komandanlığı arasında kiber əməliyyatlarının planlaşdırılması və icrasını əlaqələndirən kiber müdafiə üzrə ekspert əməkdaşları var.

Texnologiya Departamentinin rolu müdafiə vasitələri, taktika, texnika və prosedurları inkişaf etdirmək, həmçinin kiber müdafiə və hücum əməliyyatları aparmaq üçün bacarıqları olan kiber texniklərin inkişaf etdirilməsindən ibarətdir.

Kiber Müdafiə Ekspertiza Mərkəzi bütün müdafiə təşkilatı üçün kiber müdafiə məlumatı, təhsil və təlim hazırlayır, təmin edir. Bu mərkəz Niderland Tətbiqi Elmi Araşdırma Təşkilatı ilə əməkdaşlıq edərək ölkənin ordusunda kiber müdafiə vəzifələrini, onların rollarını və lazımi bacarıqları müəyyənləşdirir. Gələcəkdə Kiber Müdafiə Komandanlığı kiber əməkdaşları üçün xüsusi karyera yolları yaratmağı da planlaşdırır.

Kiber Müdafiə Komandanlığı dörd hərbi xidmətdən daxil edilmiş zabitlərlə rotasiya əsasında təşkil olunur. Kiber Müdafiə Komandanlığında mülki və hərbi personalın sayı ictimaiyyətə açıq deyil.

Nəhayət, Kiber Müdafiə Komandanlığının təsnifatlandırılmış bir kiber hüdudu da var. Bundan əlavə, kiber vasitələrin tədqiqi, inkişafı və yoxlanılması, taktika, texnika və prosedurlar üçün təlim və məşq mühiti, habelə laboratoriya təmin edən başqa bir kiber hüdudu da var. Bu kiber hüdud Niderlandın müdafiə təşkilatının və tərəfdaşlarının istifadəsi üçün mümkündür.

Situasiyadan Xəbərdar olma

Niderlandın iki kəşfiyyat xidməti var - Müdafiə Nazirliyinə tabe olan Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti (MIVD), həmçinin Daxili İşlər və Krallıq Əlaqələri Nazirliyi nəzdində Ümumi Kəşfiyyat və Təhlükəsizlik Xidməti (AIVD). MİVD və AİVD-in mandatları, vəzifələri “Kəşfiyyat və Təhlükəsizlik Xidmətləri haqqında 2002” qanununda təsbit olunub ki, bu iki xidmət öz vəzifələrini yerinə yetirərkən xarici ölkələrdəki kompüter sistemlərinə daxil olmaq səlahiyyətinə malikdir. 1 May 2018-ci il tarixində qüvvəyə minən “Kəşfiyyat və Təhlükəsizlik Xidmətləri haqqında 2017” qanunu telekommunikasiya şəbəkələrindən məlumat toplamaq üçün hər iki kəşfiyyat xidmətinin hüquqlarını genişləndirir.

MİVD, Niderlandın müdafiə təşkilatı və digər müvafiq nazirliklərini (xarici işlər, təhlükəsizlik, ədliyyə və s.) kəşfiyyat məlumatı ilə təmin edir. Bu təşkilat ölkədə və xaricdə telekommunikasiya fəaliyyətini izləyir, kiber məkanda kəşfiyyat əməliyyatları həyata keçirir və Kiber Müdafiə Komandanlığının kiber hücum əməliyyatlarının inkişafına kömək edir. Kiber Müdafiə Komandanlığına və operativ komandirlərə kiber vəziyyətlə bağlı xəbərdarlıq məlumatını və kəşfiyyat məlumatını təmin edir. Kiber Müdafiə Komandanlığının Əməliyyatlar İdarəsinə bir MIVD əlaqələndirici zabit göndərilir. Komandanlığın personalı isə Birgə Siqnal Kiber Kəşfiyyat Birliyinə (JSCU) göndərilir. 2014-cü ilin iyununda qurulan və önümüzdəki bir neçə ildə gücləndirilməsi planlaşdırılan, Birgə Siqnal Kiber Kəşfiyyat Birliyi, MIVD və AIVD-nin kəşfiyyat və kiber əməliyyat komponentlərinin siqnallarını intqerasiya edir. Birliyin mandatı, qanuni tapşırıqların yerinə yetirilməsində AİVD və MİVD-ə kömək etmək məqsədi ilə kəşfiyyat və hücum kiber əməliyyatlarını aparmaqdır. Beləliklə, bu qabiliyyət müstəqil hərbi əməliyyatlar aparmaq və ya ənənəvi hərbi əməliyyatları dəstəkləmək məqsədilə kiber məkanda güc tətbiq etmək məqsədilə hücum xarakterli bir kiber qabiliyyət təşkil etmir.

Mülki orqanlara yardım

Estoniya, Almaniya, Finlandiya və Norveç hərbi kiber təşkilatları (komandanlıqlar, xidmət, divizyon) hərbi Kompüter İnsidentlərinə Cavab Bacarığı (CIRC) funksiyalarını özündə saxlamasına baxmayaraq, bu sahədə Niderland istisnalıq təşkil edir. Niderland Silahlı Qüvvələrinin Kompüter Fövqəladə hal Komandası (DefCERT) Müdafiə Nazirliyinin yeddi təşkilatından biri olan Müdafiə Material Təşkilatı nəzdində müstəqil bir təşkilatdır və birbaşa BQ rəisinin nəzarəti altında deyil. “DefCERT”, beynəlxalq hərbi əməliyyatlarda yerləşdirilənlər də daxil olmaqla, Niderland müdafiə təşkilatının IT şəbəkələri və sistemlərini müdafiə etməkdən məsuldur. “DefCERT” Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti ilə, həmçinin Təhlükəsizlik və Ədliyyə Nazirliyinə tabe olan Niderlandın Milli Kiber Təhlükəsizlik Mərkəzi (NCSC) ilə əməkdaşlıq edir.

Böyük miqyaslı kiber hadisələr və ya ictimai səlahiyyətlilərin tələbi ilə, Niderland müdafiə təşkilatı ictimai və özəl həyati vacib milli infrastrukturun qorunmasını dəstəkləyəcək. Praktikada bu dəstək “DefCERT” tərəfindən veriləcək. “DefCERT”, kiber insidentin reaksiyasının koordinasiyasında mülki hakimiyyət orqanları ilə əməkdaşlıq edir və onlara dəstək üçün təyin edilə bilər. “DefCERT”, qarşılıqlı dəstək və məlumat mübadiləsini tələb edən Milli Kiber Təhlükəsizlik Mərkəzi ilə Anlaşma Memorandumuna dair razılığa malikdir. Bundan əlavə, Milli Kiber Təhlükəsizlik Mərkəzi, Kiber Müdafiə Komandanlığını heyətlə təmin edir.

Niderland Kiber Müdafiə Komandanlığının strukturu

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kibertəhlükəsizlik   Niderland  

Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VI YAZI (ANALİZ)

2020/03/d1206-1584439951.jpg
Oxunub: 732     14:45     17 Mart 2020    