“ATƏT-in Minsk qrupu həmsədrləri ilə Türkiyə Xarici İşlər nazirinin son görüşü ona görə xüsusidir ki, görüşdən sonra Çavuşoğlu öz “Twitter” səhifəsində Azərbaycanın ərazi bütövlüyü haqqında qeyd yazıb”.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Karen Bekaryan deyib.
O qeyd edib ki, bu, əslidə çox böyük fərqdir: “Bütün bunlar Xarici İşlər Nazirliyimizin susması şəraitində baş verir. Xarici İşlər Nazirliyimizi heç nə maraqlandırmır, onlar “daha vacib işlərlə” məşğuldurlar”.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Politoloq
Qarabağ
Böhran