Ordu.az xəbər verir ki, işğalçı ordunun Madagiz yaşayış məntəqəsindəki bölmələrdən birində xidmət edən hərbi qulluqçu Georgi Xalatyan və rabitə manqasının komandiri çavuş Artur Hakverdiyan arasında dava baş verib.
Nəticədə müxtəlif bədən xəsarətləri alan hər iki hərbi qulluqçu tibb məntəqəsinə yerləşdirilib.
Faktı ört-basdır etmək üçün komandanlıq hər iki hərbi qulluqçunu şikayət ərizəsi yazmamağa məcbur edib. Hərbi qulluqçuların yaxınlarının dediyinə görə əsgərlər üz nahiyələrindən ciddi xəsarətlər alıblar.
Məlumat hüquq mühafizə orqanlarına verilmədiyindən cinayət işi açılmayıb.
Ordu.az