Qumarda uduzan erməni zabiti intihara cəhd edib

2020/01/56756-1579603820.jpg
Oxunub: 9295     13:17     13 Mart 2020    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində müxtəlif səbəblərdən törədilən cinayətlərin ardı-arası kəsilmir.

Ordu.az xəbər verir ki, bu günlərdə düşmən ordusunda daha bir intihara cəhd hadisəsi ortaya çıxıb.

Məlumatda deyilir ki, 1999-cu il təvəllüdlü, 2018-ci ildə Vanadzor hərbi komissarlığından hərbi xidmətə çağırılan və hazırda 6-cı dağ atıcı alayında xidmət edən leytenant Arquşt Martirosyan evində olan zaman mətbəx bıçağı ilə sol qolunu bir neçə yerdən, eləcə də bilək nahiyəsindən kəsməklə intihara cəhd edib. Lakin yaxınları tərəfindən təcili olaraq Xankəndi hərbi hospitalına çatdırılan zabitin həyatını xilas etmək mümkün olub.

Özünə qəsd etmək istəyən leytenant A.Martirosyanın qumar azarkeşi olması və bu səbəbdən dəfələrlə hərbi hissəni özbaşına tərk etdiyi də bildirilir. O, uduzuduğu külli miqdarda pulu ödəyə bilmədiyi üçün həyatına son vermək qərarına gəlib.

İctimaiyyətə rəsmi məlumat verilməsə də faktla bağlı araşdırma başlayıb.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Zabit   İntihar  


Bizi "telegram"da izləyin