İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində dözülməz şərait, nizamnamədənkənar münasibətlər, təminatın zəifliyi, fiziki və mənəvi təhqirlər səbəbindən xidmət yerindən qaçma halları artmaqda davam edir.
Ordu.az xəbər verir ki, işğalçı ordunun Ağdərə yaşayış məntəqəsindəki bölmədə xidmət edən əsgəri, Samvel Harutunyan hərbi hissədən qaçıb.
Faktı təsdiq edən hərbi polisin əməkdaşı T.Avanesyan onu da bildirib ki, bu əsgərin dəfələrlə hərbi hissədən qaçmasına baxmayaraq onun yuxarıda “böyük havadarları” olduğundan barəsində tədbir görülmür.
Əsgərinin axtarılması, tapılaraq geri qaytarılması istiqamətində təbdirlər görülür.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Fərarilik