Erməni politoloq: “Danışıqlar prosesində nəsə dəyişir”

2020/03/22354-1584004207.jpg
Oxunub: 5484     17:32     12 Mart 2020    
“Rəsmi Bakının Dağlıq Qarabağın Azərbaycanlı İcmasını danışıqların subyektinə və ya amilinə çevirmək istəyi yenilik deyil”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Vigen Hakobyan Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpın Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevlə görüşməsi məsələsinə toxunarkən deyib.

Hakobyanın sözlərinə görə, bu istiqamətdə bəyanatlar səslənirdi, təkliflər verilirdi, lakin keçmişdə bu icma arqument kimi qəbul olunmurdu.

“Hazırda problem odur ki, bəlkə də erməni tərəfinin formatın müəyyən dərəcədə yenidən formalaşdırılmasına çox da kəskin şəkildə qarşı olmamasına görə danışıqlar prosesinin məntiqində nəsə dəyişir. Beynəlxalq ictimaiyyət Azərbaycanın əli ilə təxminən belə bir yanaşma təqdim edir: Əgər Qarabağın danışıqlar masası ətrafına qayıtmasını istəyirsinizsə, onda Qarabağ həm də azərbaycanlı icmadır”, - deyə erməni politoloq qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin