Ordu.az Azərbaycan Respublikasının Avropa İttifaqı yanındakı Nümayəndəliyinə istinadən xəbər verir ki, cari ilin 5 mart tarixində Avropa Parlamentinin üzvləri - İlhan Kyüçyük və Andris Ameriksin ev sahibliyi ilə “Aİ qonşuluğunda regional və sub-regional əməkdaşlıq: Azərbaycan-Gürcüstan-Türkiyə tərəfdaşlığı” mövzusuna həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən qonaqlar Azərbaycanın regionda təhlükəsizlik və sabitliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndirib, ölkəmizin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində fəaliyyətini xüsusilə vurğulayıb, eləcə də regional əməkdaşlıq formatlarının yaradılmasında təşəbbüskar olmasını qeyd ediblər.
Səfir Fuad İsgəndərov məhz ulu öndər Heydər Əliyevin iradəsi və əvəzsiz siyasi strategiyası nəticəsində Azərbaycan Respublikasının bu gün dünya ölkələri arasında xüsusi yeri və çəkisi olduğunu vurğulayıb, regional müstəvidə Azərbaycanın təcavüzkar Ermənistanı çıxmaq şərtilə bütün qonşuları ilə qarşılıqlı faydalı münasibətləri inkişaf etməsindən danışıb. Səfir əlavə edib ki, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan Ermənistan rəhbərliyi işğalçı siyasətindən əl çəksə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanısa və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarsa Ermənistanın da regional layihələrə qoşulması mümkündür.
Ordu.az