Ordumuzun silahlanmasında olan Universal Artilleriya Sistemləri - LYNX (HƏRBİ EKSPERT)

2020/03/529b9-1583917110.jpg
Oxunub: 4343     12:48     12 Mart 2020    
Dağlıq Qarabağda aparılan döyüş əməliyatlarının təcrübəsi göstərir ki, dağlıq ərazidə aparılan hərbi əməliyyatlar düşmən qüvvələrinin bir-birindən izolyasiya edilməsini və ehtiyatların daimi yaşayış məntəqələrində, bu tam və ya qismən mümkün olmadıqda isə onların açılma sədlərinə çıxışına imkan verilməməsini nəzərə almaqla planlaşdırılmalıdır. Bu baxımdan həm Artilleriya Komandanının, həm də birlik Komandanlarının tabeliyində strateji və operativ dərinlikdə yerləşən hədəflərin məhv edilməsi üçün müvafiq atəş məsafəsinə malik uzaqmənzilli artilleriya sistemlərinin olması vacib faktordur.

Azərbaycan Respublikasının son illərdə əldə etdiyi yaylım atəşli reaktiv artilleriya sistemlərinə nəzər saldıqda, Müdafiə Nazirliyinin daha çox universal artilleriya sistemlərinə üstünlük verdiyi diqqəti cəlb edir. Universal, çoxtəyinatlı və yüksək dəqiqlikli YARS-lar həm Silahlı Qüvvələrin konkret şəraitə uyğun silahlardan istifadəsinə, həm də ordunun vahid təchizatçıdan asılılıq faktorunun minimuma endirilməsinə şərait yaradır. Bu kontekstdən universal şassiyə əsaslanan sistemlərin prioritet olaraq arsenala qəbulu və mövcud artilleriya kompleksinə inteqrasiya edilməsi mübahisəsiz və tamamilə doğru addımdır.

Bu dəfə Sizə təqdim edilən məqalədə Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alan müxtəlif təyinatlı artilleriya sistemləri arasında özünəməxsus yer tutan İsrailin “Lynx” YARS-larının təyinatı, tərkibi, imkanları barədə ətraflı məlumat veriləcək. Bu vasitələr ilk dəfə Azərbaycan ictimaiyyətinə 2011-ci ilin iyunun 26-da Azərbaycan Silahlı Qüvvələri günü ilə bağlı Bakının Azadlıq meydanında keçirilən Hərbi parad zamanı təqdim edilib.

İstehsalçı

“Israel Military Industries”(IMI) konserni dünya miqyasında Silahlı Qüvvələrə yüksək texnologiyalı müdafiə məhsullarının aparıcı təchizatçısı kimi qəbul edilib. IMI müştərilərinə əməliyyat tələblərinə cavab verən müasir məhsul və sistemləri təklif edir. Onun əsas məhsulları arasında yüksək intensivlikli münaqişələrdə, asimmetrik müharibələrdə və daxili təhlükəsizliyin təminatında istifadə edilə biləcək, bütün növ vəzifələrə uyğun gələn müxtəlif silah və sursatlara rast gəlmək mümkündür. Bu dəfə Sizə haqqında məlumat verəcəyimiz “Lynx” sistemi də “Israel Military Industries”(IMI) konserninin çoxsaylı məhsullarından biridir.

“Lynx”

Dağlıq Qarabağ zonasında qüşmənin HHM vasitələrinin sıxlığını nəzərə alaraq, aviasiyanın havada tam üstünluk əldə etməsinə qədər YARS-ların və digər artilleriya vasitələrinin aktiv istifadəsinə üstünlük verilməsi hələ ki, ehtiyacdan doğan zərurət olaraq qalmaqdadır. Bu daha çox DZRK-ların məhvetmə zonasına daxil olan hava hücum vasitələrinə qarşı bu komplekslərin kifayət qədər aktiv müqavimət göstərmək imkanı ilə əlaqədardır.

Bu baxımdan Azərbaycan istehsalı olan 6x6 təkər formalı mobil “Kamaz 63502” şassisinə quraşdırılan, “Israel Military İndistruies” şirkətinin müxtəlif çaplı “Lynx”, “LAR 160” və “Extra” yaylım atəşli reaktiv sistemləri Silahlı Qüvvələrimizin artilleriya hissələrinin silahlanmasında istifadə edilən silah kompleksləri arasında özünəməxsus əhəmiyyətə malikdir. Bu silah sistemlərinin hər biri Azərbaycan Silahlı Qüvvələrində yerli təyinat altında istismar edilir.

Təyinatı

YARS uzaq məsafələrdə, düşmənin həssas elementləri olan, açıqda və sığınacaqda yerləşən canlı qüvvədən, piyada, motoatıcı və tank bölmələrinin zirehsiz, yüngül zirehli və zirehli texnikalarından, dayanacaqdakı aviasiya vasitələrindən, artilleriya qurğularından, taktiki raketlərdən, zenit raket sistemlərindən ibarət olan qrup hədəflərini məhv etmək, komanda məntəqələrini, rabitə mərkəzlərini və hərbi-sənaye obyektlərini dağıtmaq, həmçinin dağlıq ərazilərin uzaq məsafədən piyada və tank əleyhinə minalanması üçün nəzərdə tutulur.

Quruluşu

YARS-ın reaktiv sursatlarının tərkibində praktiki olaraq təpmə qüvvəsi olmayan reaktiv mühərriklərdən istifadə edilir, bu isə onların kifayət qədər sadə və kompakt atıcı qurğulara malik olmasına şərait yaradır.

YARS-ların atıcı qurğuları özüyeriyən (təkərli və tırtıllı) və yedəkli şassilərə, təyyarələrə, helikopterlərə və gəmilərə quraşdırıla bilər. Özüyeriyən atıcı qurğular, reaktiv artilleriyanın döyüş maşınları hesab edilir. Müasir YARS-ların çapı 425 millimetrədək, atəş məsafəsi isə bəzi nümunələrdə 400 kilometrə qədər çata bilər. Daşınan raket sayı isə 4-dən 50-ə qədər dəyişir və hər bir raket üçün 1 ədəd boru şəkilli fərdi istiqamətləndirici nəzərdə tutulur.

Təchizatı

“Lynx” YARS-ın standart təchizatına aşağıdakılar daxildir:

- müasir ətalətli tuşlanma sistemi (ANN)
- qabaqçıl FCS
- İNS
- Metrologiya sistemi
- İlkin müşahidə
- Hava kəşfiyyatı
- C4I (şəbəkə əməliyyatları üçün)

Üstünlükləri

“Lynx” müxtəlif artilleriya və taktiki raketlərinin buraxılması üçün nəzərdə tutulan avtonom və universal modula malik çoxməqsədli yaylım atəşli reaktiv sistemdir.

“Lynx” iqtisadi cəhətdən çox sərfəli yaylım atəşli reaktiv sistemdir, ondan 122 mm-dən 300 mm-ə qədər çapa malik müxtəlif təyinatlı “Qrad”, LAR, ACCULAR, MLRS-TCS, “Extra” daxil olmaqla 5 tip raketdən, o cümlədən bəzi qanadlı raketlərdən atəş açmaq mümkündür. Raketlərin çapına görə sistemin üzərindəki paketin konteyner sayı dəyişir. Raketlərin vəzifələrinə görə daşıdığı döyüş başlığının tərkibi dəyişə bilər. Onlar qəlpəli, yandırıcı, işıqlandırıcı, tüstü, fuqas və ya tank əleyhinə elementlərə malik döyüş başlıqları ilə təchiz edilə bilər.

“Lynx” şassisi yüksək dəqiqlikli, qanadlı “Delilah-GL” raketlərinin, eləcə də 280 km maksimum atəş məsafəsinə sahib LORA və digər operativ taktiki raketlərin buraxılması üçün atıcı qurğu kimi də istifadə edilə bilər.

YARS-ların sursatları birdəfəlik hermetik qapalı paket-konteynerlərə fabrikdə yüklənir, onlar nəqliyyat konteyneri və atıcı qurğu kimi istifadə edilir. Atəş operator tərəfindən kabindən və ya uzaqdan həyata keçirilə bilər. Mobil “Lynx” atıcı qurğusuna kranla təchiz edilən yükləmə vasitəsi ilə xidmət göstərilir. Düşmən atəşindən yayınmaq üçün konteynerlərin maşına yüklənməsi atəş mövqeyindən kifayət qədər aralı məsafədə həyata keçirilir.

Yüksək keçicilik və hərəkətlilik imkanları avtomobilə mövqeyini qısa bir zamanda dəyişdirməsinə və batareyanın atəş altında olma riskini minimuma endirməsinə şərait yaradır. Səfər vəziyyətindən bir neçə dəqiqə sonra YARS atəş mövqeyində təkrar yerləşərək atəş açmağa hazır olur.

Ballistik hesablama və atəşi idarəetmə sistemi

“Lynx” YARS müasir ətalətli naviqasiya sistemi ilə bərabər tam müstəqil ballistik hesablama və atəşi idarəetmə funksiyalarına malikdir. YARS-ların müasir atəşi idarəetmə sistemi, hücum hədəfinə uyğun olaraq avtomatik olaraq konteyner paketini seçməyə və lazımi parametrləri təyin etməyə imkan verir. Müasir rabitə və kompüter texnologiyası “Lynx” kompleksinə həm avtonom, həm də şəbəkə mərkəzli dövrələrin elementi kimi fəaliyyət göstərməyə imkan verir, həmçinin YARS daha böyük artilleriya bölmələrinin passiv və ya inteqrasiya olunan elementi kimi istifadə edilə bilər.

“Lynx” YARS-larının inkişaf edən atəşi idarəetmə sistemi, hücum hədəfinə uyğun olaraq avtomatik olaraq konteyner paketini seçməyə və lazımi parametrləri təyin etməyə imkan verir. Müasir rabitə və kompüter texnologiyası “Lynx” kompleksinə həm avtonom, həm şəbəkə mərkəzli artilleriya qruplaşmasının zərbə elementi kimi, həm də daha böyük artilleriya hissələrinin passiv və ya inteqrasiya olunan elementi kimi fəaliyyət göstərməyinə imkan verir.

Azərbaycan bu silah sistemlərinin “Dolu-1”, “Leysan” və “Şimşək” adlandırılan 3 versiyasını əldə edib. Azərbaycan tərəfinin tələbi ilə raketlərin quruluşunda bəzi spesifik dəyişikliklər edildiyi barədə qeyri-rəsmi məlumatlar da mövcuddur.

“Dolu-1”

“Lynx” universal şassisinə 40 (2x20) ədədlik paket ilə 122 mm-lik “Qrad” raketlərindən 20-40 km məsafədə atəş açan YARS, Azərbaycanda “Dolu-1” markası altında silahlanmaya qəbul edilib.

“Dolu-1” YARS-da tətbiq edilən ən sadə raket 2.87 m uzunluğa və 66 kq kütləyə malik 122 mm-lik idarəolunmayan sursatlardır. Onun döyüş başlığı 20 kq-dır. Reaktiv sistem 2 ədəd 20 lüləlik paketinin hər birində yerləşən 20 mərmi ilə (cəmi 40 mərmi) 20- 40 km aralığında yerləşən hədəflərə zərbə endirməyə qadirdir. Raketlərin iki atıcı konteyner paketində yerləşdirilməsi əməliyyat zamanı onların yüksək istismar rahatlığını təmin edir. “Dolu-1” 10 dəqiqədən az bir müddətdə yenidən doldurulur və təkrar atəş mövqeyinə yerləşdirilir.

“Dolu-1” reaktiv sistemi Azərbaycanın Türkiyədən əldə etdiyi 122 mm-lik T-122 “Sakarya” paket-konteynerlərindən də istifadə edərək atəş aça bilir.

“Leysan”

IMI-nin 45 kq döyüş başlığını 45 km məsafəyə çatdıran 160 mm-lik LAR idarəolunmayan raketlərinə malik YARS Azərbaycanda “Leysan” adı ilə istismar edilir. Hər bir “Leysan” atıcı konteyner paketinin hər biri 13 ədəd (cəmi 26 ədəd) LAR raketini daşıya bilir. Yüksək dəqiqlikli, avtomatik idarə olunan raket ətalətli tuşlanma sisteminə, daxili GPS-ə, GTCS traektoriya nizamlama qurğusuna və sükan idarəetmə dəstinə malikdir. Raket müxtəlif döyüş başlıqları ilə təchiz olunaraq analoji atıcı qurğulardan buraxıla bilər.

Standart 160 mm-lik raketinin uzunluğu 3.314 metr, kütləsi isə 110 kq-dır. Sərt yanacaqlı raket mühərriki 36 kq kütləyə malikdir. 350 mm diametrə malik açılan quyruq pərləri raketin atıcı konteynerini tərk etdikdən sonra uçuşun sabitləşməsini təmin edir.

Raketin uzun və orta məsafəyə atəşini təmin etmək məqsədilə onun ön hissəsinə spoyler halqaları əlavə edilə bilər. Start zamanı ilkin fırlanma sürəti, saniyədə 12 dəfədir və bu sonradan saniyədə 20 dəfəyə qədər artır. Uzunluğu 1.279 metr, kütləsi isə 46 kq olan raket döyüş başlığı aşağı aerodinamik müqavimətə malikdir. Ehtimal olunan yayınma əmsalı 10 metrdən çox deyil.

ACCULAR

YARS-ın dəqiqliyini yaxşılaşdırmaq üçün IMI ACCULAR (Accurate LAR- dəqiq LAR) təyinatına malik 122 mm-lik yeni raket versiyasını da hazırlayıb. Yeni LAR raketlərinin artan atəş məsafəsi, dəqiqliyi və aşağı qiyməti, idarəedilən 155 mm artilleriya mərmiləri ilə ciddi rəqabət aparmağa qadirdir.

4 metr uzunluğa malik ACCULAR raketi 35 kq ağırlıqdakı döyüş başlığı və 14- 40 km atəş məsafəsinə malikdir, tuşlama sistemi isə GPS-ə əsaslanır. Rəsmi olaraq maksimum hədəfdən yayınma əmsalı 10 metrdir, lakin IMI faktiki olaraq yayınmanın 2 ilə 3 metr arasında olduğunu iddia edir. Raket İsrail ordusu və adı açıqlanmayan xarici alıcı tərəfindən silahlanmaya qəbul edilib. Bu sursatlara malik YARS şassisinin iki konteyner paketinin hər birində 11 ədəd (cəmi 22 ədəd) raket yerləşdirilir. Raketin idarə edilməsi və uçuşu korpusda yer alan kompüter tərəfindən həyata keçirilir.

Reaktiv tuşlama dəsti hədəfi dəqiq etmək üçün trayektoriyanın nizamlanmasına imkan verir. Bu raketlər hədəflərin fuqas və unitar döyüş başlıqları ilə dəqiq hədəfə alınması üçün qənaətli və effektiv bir seçim hesab edilir.

Bu YARS ailəsinin bütün raketlərinin istifadəçisi olduğu Azərbaycan Silahlı Qüvvələrinin ACCULAR raketinə də malik olması, yalnız rəsmi təsdiqi olmadığına görə ehtimal olaraq qalır.

“Şimşək”

Quru Qoşunlarının uzaq məsafələrə dəqiq zərbələr endirməsi ilə əlaqədar Hərbi Hava Qüvvələrindən asılılığını azaltmaq üçün İMİ 20-150 km atəş məsafəsinə malik “Extra” (Extended Range Artillery)” raketlərini hazırladı. Həmin raketlə təchiz edilən YARS Azərbaycanda “Şimşək” adı ilə silahlanmaya qəbul edilib.

“Şimşək” YARS-ın 306 mm diametrə malik raketi 120 kq döyüş başlığı daşıyır. Burun sükanları ilə idarəolunan raketin hədəfə tuşlanması ANN/GPS sisteminə əsaslanır. “Şimşək” YARS-ın iki ədəd konteyner paketinin hər birində 4 ədəd (cəmi 8 ədəd) raket yerləşir. Raketin start çəkisi 450 kq, dairəvi ehtimal olunan yayınması isə 10 metrdən azdır.

Raketin ölçüsü ABŞ Ordusu və onların müttəfiqləri tərəfindən istifadə edilən M270 YARS-da istifadə edilən M26 raketləri ilə çox oxşardır. 4 metr uzunluğa sahib EXTRA raketlərinin diametri ABŞ-ın M26 raketlərindən (227 mm-ə qarşı 300 mm) daha böyükdür.

Bu raketlər indiyə qədər istehsalçı ölkədən başqa, 2 adı rəsmən açıqlanmayan xarici müştəriyə təslim edilib, onlardan biri Azərbaycandır. Əldə olunan qəlpəli fuqas “Extra” raketlərinin sayının 500-dən az olmadığı ehtimal edilir.

Kaset tipli sursatlar

İsrailin rəsmən açıqlamadığı “Extra” raketlərinin döyüş elementlərilə təchiz edilən kaset tipli versiyaları da mövcuddur, lakin bu sursatların beynəlxalq konvensiyalarla istifadəsinin qadağan edilməsi onların istehsalını və tədarükünü məhdudlaşdırır. Əgər istehsal və ya tədarük prosesləri aktivləşdirilsə belə, bu məlumatlar daim ictimaiyyət üçün əlçatmaz olur.

Bu döyüş sursatlarının YARS və 155 mm artilleriya qurğuları üçün istifadəyə yararlı versiyalarının olduğu iddia edilir.

CDMS

Sahil zonasının və sahilyanı ərazidəki strateji obyektləri qorumaq üçün IMI tərəfindən hazırlanan müasir CDMS (Coast Defense Missiles System- Sahil Mühafizə Raket Sistemi) hərtərəfli müdafiə məsələlərinin kompleks həllini təmin edir. Maraqlısı odur ki, bu yaylım atəşli reaktiv sistem də “Extra” və ACCULAR raketlərindən istifadə edir.

İstifadəçiləri

“Lynx” YARS-ın müxtəlif versiyalı sistemləri İsraildən başqa Azərbaycan, Argentina, Venesuela, Gürcüstan, Qazaxıstan, Rumıniya və Çili tərəfindən istifadə edilir.

Onların əksəriyyəti “Mercedes 3341 Actros” (6x6) yük maşınının şassisində yerləşdirilib. Qazaxıstan isə “KamAZ-63502” şassisinə əsaslanan “Lynx” YARS-ı yerli “Nizə” adı ilə silahlanmaya qəbul edib.

Nəticə

“Lynx” artilleriya sistemi tam avtonom və universal atıcı qurğudur. Ondan 122-dən 300 mm-ə qədər istənilən çaplı raketləri və yüksək dəqiqlikli qanadlı “Delilah-GL” raketlərinin, eləcə də 280 km maksimum atəş məsafəsinə sahib LORA raketlərinin buraxılması üçün atıcı qurğu kimi istifadə edilir. Bu atıcı qurğuların istifadə edə biləcəyi bütün sursat buketi, yalnız “Delilah-GL” qanadlı raketlərinin Azərbaycanda mövcudluğu rəsmən təsdiq edilməyib. Ola bilsin ki, onların əldə edilməməsi SOM qanadlı raketlərinin mövcudluğu ilə bağlıdır, həmçinin ola bilər ki, onlar artıq əldə edilib, yalnız bu barədə rəsmi məlumat verilmir.

Sistem, 10 dəqiqəlik doldurma müddəti, özünü zərərsizləşdirmə qabiliyyəti, müasir komanda, idarəetmə, rabitə, hesablama və kəşfiyyat sistemi, artan dəqiqlik, atəşə nəzarət sistemi, inkişaf etmiş ətalətli və GPS naviqasiya sistemi, təkmilləşdirilən mexaniki/hidravlik sistemlər kimi bitməyən üstünlüklərə malikdir.

2014-ci ilin yayında Azərbaycan Silahlı Qüvvələri “Lynx” YARS kompleksinin maksimal məsafələrdə uğurlu sınaqlarını keçirdi. Bu sınaqlarda eyni atıcı qurğudan həm kompleksin özünə aid, həm də digər ölkələrin istehsalı olan analoji raketlər buraxıldı. Sınaqların nəticələri texniki xüsusiyyətləri təsdiqləyib.

Ümumiyyətlə Azərbaycanın YARS parkı kobud hesablamalara görə özündə 700-ə qədər müxtəlif çaplı sistemləri birləşdirir. Azərbaycan Silahlı Qüvvələrinin quru əməliyyatlarının dəstəklənməsi və Qarabağın bütün müdafiə dərinliyinin atəş altında saxlanılması üçün artilleriya sistemlərində heç bir çatışmazlığımız yoxdur. Arzu edilən tək xüsusiyyət, kütləvi istehlak ediləcək sursatların yerli istehsal xəttinin yaradılmasından və düşmən üzərində döyüş sınaqlarının keçirilməsindən ibarətdir.

Mənbələr:

http://www.imisystems.com/wp-content/uploads/2017/01/IMI-System-presents-at-the-4th-international-Fire-Conference.pdf
http://www.army-guide.com/eng/product4244.html
https://bukvoed.livejournal.com/406152.html
https://topwar.ru/9498-reaktivnaya-sistema-zalpovogo-ognya-lynx.html
http://www.militaryparitet.com/perevodnie/data/ic_perevodnie/1831/
https://oleggranovsky.livejournal.com/197285.html
https://youtu.be/GpWO4Sd4034

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   LYNX   Artilleriya   YARS  

Ordumuzun silahlanmasında olan Universal Artilleriya Sistemləri - LYNX (HƏRBİ EKSPERT)

2020/03/529b9-1583917110.jpg
Oxunub: 4344     12:48     12 Mart 2020    