Ermənistanın Qarabağdakı komandir heyəti Aprel döyüşlərinə görə dindiriləcək

2019/07/5765_-1564558347.jpg
Oxunub: 15903     11:55     10 Mart 2020    
Ermənistan parlamentində Aprel döyüşlərini araşdıran istintaq komissiyası uzun müddət iclas çağırmayıb.

Xatırladaq ki, komissiyaya sonuncu dəfə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan çağırılıb.

Erməni jurnalistlər “Niyə iclaslar çağırmırsınız?” - deyə komissiyanın tərkibində olan deputatlardan birinə sual veriblər.

“Səbəb kampaniyadır. Deputatlar hazırda “bəli”ni təbliğ edirlər, başqa məsələləri müzakirə etməyə və iclaslar çağırmağa demək olar zamanları yoxdur. Referendumu “bitirdikdən” sonra yenidən işə köklənəcəyik. Sualların tükəndiyinə dair təəssürat olmasın, sadəcə qrafikimiz sıxdır”, - deyə deputat cavab verib.

Yeri gəlmişkən, deputat yaxın gələcəkdə qondarma qurumdan “qonaqlar”ın olacağını istisna etməyib. Lakin onlar İrəvana getməyəcək, komissiya üzvləri işğal altında Xankəndinə gələcəklər.

“Müharibə iştirakçısı olan əsgərləri və Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərini, hərbçiləri dinləmişik, növbə indi Qarabağ hərbçilərindədir. Hesab edirik ki, onların da kifayət qədər deyəcəyi olacaq. Hamısını İrəvana dəvət etməyəcəyik, özümüz Qarabağa səfər etməyi planlaşdırırıq. Həm deputat səfəri edəcəyik, həm də ordunun komandir heyəti ilə görüşlərimiz olacaq”, - deyə erməni deputat bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri   İstintaq  


Bizi "telegram"da izləyin