Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qeyd edilən avtomobili İrəvan şəhərinin Erebuni inzibati rayonunun sakini 23 yaşlı Qoş Sarkisyan idarə edib.
Sarkisyan martın 1-də Xancyan küçəsi 11 ünvanı yaxınlığında başqa bir avtomobil tərəfindən vurulmuş 35 yaşlı piyadanı ikinci dəfə vurmaqda və ölmüş piyadanı qoyub qaçmaqda ittiham olunur.
Məlumata görə, Q. Sarkisyan Ermənistan Müdafiə Nazirliyində xidmət edir.
Alpər Mövludoğlu
Ordu.az