ABŞ-ın Daimi nümayəndəsi: "Dağlıq Qarabağ münaqişəsi diplomatik yolla həll olunmalıdır"

2020/03/ambas-1583221248.jpg
Oxunub: 2182     11:15     03 Mart 2020    
"Dağlıq Qarabağ münaqişəsi diplomatik yolla həll olunmalıdır".

Ordu.az xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki Daimi nümayəndəsi Ceyms Gilmor brifinq zamanı deyib.

O bildirib ki, ATƏT Minsk qrupu bu məsələnin həlli yollarını axtarır.

“Mən həm Azərbaycanın, həm də Ermənistanın səfirləri ilə görüşmüşəm, onlarla ayrı-ayrılıqda münaqişə və öz ölkələrində bu vəziyyətin necə qiymətləndirilməsi barədə danışmışam”, - deyə ABŞ nümayəndəsi qeyd edib.

D.Gilmorun sözlərinə görə, ABŞ-ın mövqeyi ondan ibarətdir ki, bu münaqişənin hərbi həlli ola bilməz:

“Münaqişə yalnız diplomatik yoll həll olunmalıdır. Minsk qrupu Rusiya, ABŞ və Fransa tərəfindən təmsil olunur. Mən həmsədrlərlə əvvəllər görüşmüşəm, fikrimcə yenə görüşlərimiz olacaq. Onlar diplomatik danışıqları davam etdirənədək kəskinləşmə görməyəcəyik. Ona görə də bizim mövqeyimiz tərəflər arasında danışıqların təmin olunması üçün sabit vəziyyəti dəstəkləməkdən ibarətdir”, - deyə Gilmor bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   ABŞ  


Bizi "telegram"da izləyin