Bruklin meri Xocalı soyqırımının tanınmasına dair bəyannamə imzalayıb

2020/03/15831-1583143915.jpg
Oxunub: 30798     13:48     02 Mart 2020    
ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunun yerli hakimiyyəti Xocalı soyqırımının tanınmasına dair rəsmi bəyannamə imzalayıb.

Diasporla iş üzrə Dövlət Komitəsindən Ordu.az-a verilən məlumata görə, Bruklin meri Erik Adamsın imzaladığı 26 fevral 2020-ci il tarixli bəyannamə Azərbaycan-Amerika Qadınlar Assosiasiyasına təqdim edilib.

Qeyd edək ki, Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Brüklin   Xocalı  


Bizi "telegram"da izləyin