İcma sədri: "Əsas məqsəd – torpaqlarımıza qayıtmaqdır"

2019/09/tural-1568390447.jpg
Oxunub: 23009     13:45     29 Fevral 2020    
“Dağlıq Qarabağ bölgəsində referendumun keçirilməsindən söhbət gedə bilməz”.

Ordu.az xəbər verir ki bunu “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Tural Gəncəliyev bu gün keçirilən tədbirdə deyib.

O bildirib ki, əsas məqsəd öz torpaqlarımıza qayıtmaqdır: “Ondan sonra digər məsələlər öz həllini tapacaq. Bəzən düşünürlər ki, orada referendum keçirilsə, ermənilər səs çoxluğu qazanacaq. Bunlar mənası və əsası olmayan söhbətlərdir. Hamı ağlına yazmalıdır ki, Konstitusiyanın 11-ci maddəsinə görə, heç kimsəyə torpağımızdan pay edilmir. Dağlıq Qarabağ bölgəsində ayrıca referendum keçirilə bilməz. Həmin maddəyə əsasən, yalnız Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə bütün Azərbaycan Respublikasının əhalisi arasında referendum keçirməklə Azərbaycanın ərazisi dəyişdirilə bilər”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İcma   Qarabağ  


Bizi "telegram"da izləyin