Gürcüstan Müdafiə naziri Mnatsakanyanla Qarabağı müzakirə edib

2020/02/mails-1582894532.jpg
Oxunub: 16147     16:39     28 Fevral 2020    
Ermənistanda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili bu ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə bölgədəki təhlükəsizlik məsələləri müzakirə edilib.

Mnatsakanyan, Gürcüstan tərəfinə Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesindəki mövqeyini və yanaşmalarını təqdim edib. Hər iki tərəf münaqişələrin sülh yolu ilə həllinə alternativin olmadığını vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ   Gürcüstan  


Bizi "telegram"da izləyin