BMT-nin rezident əlaqələndiricisi: “Azərbaycanlı icmanın Dağlıq Qarabağda yerlərinə qayıtmasını istəyirik”

2020/02/qulam-1582878149.jpg
Oxunub: 9929     12:20     28 Fevral 2020    
“Biz azərbaycanlı icmanın Dağlıq Qarabağda yerlərinə, yuvalarına qayıtmasını istəyirik”.

Ordu.az xəbər verir ki, bunu bu gün BMT-nin Bakıdakı nümayəndəliyinin ADA Universiteti ilə birlikdə BMT-75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib.

Q. İshaqzai deyib ki, özü də münaqişəli ölkədə böyüyüb, qaçqın, köçkün olub.

“BMT-nin mavi bayrağı bu gün də ümid ifadə edir. BMT münaqişədən əziyyət çəkən insanların qida və digər problemlərini həll etməyə çalışır. İstəyirik ki, ölkələr birləşərək problemlərini həll etsin” - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Qarabağ  


Bizi "telegram"da izləyin